Bədbəxt hadisə: azyaşlı yanaraq öldü


Sabirabadda azyaşlı qız ot tayasında yanaraq ölüb.

APA -nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Yaxa Dəllək kənd sakini, 2015-ci il təvəllüdlü Həsənova Yağmur Şamil qızı valideynlərinin diqqətindən yayınaraq kibritlə oynayıb və ot tayasınaod vurub. Nəticədə yanan taya onun üstünə aşıb vəuşaq yanaraq ölüb.

Uşağın meyiti müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təhvil verilib.

Faktlq bağlı araşdırma aparılır.