Belçikanın Ham şəhərində Qarabağ atı abidəsi ucaldılıb
04:58 27.03.2017
Arxiv
5170
Martın 25-də Belçikanın Ham şəhərində Qarabağ atı abidəsinin açılışı keçirilib.
Azərbaycan Atçılıq Federasiyasının dəstəyi ilə ərsəyə gətirilmiş abidə Azərbaycan-Belçika Dostluq Cəmiyyəti tərəfindən Ham bələdiyyəsinə hədiyyə edilib və şəhərin mərkəzi meydanında ucaldılıb.
Açılış tədbirində çıxış edən Ham şəhərinin meri Dirk De Vis ötən əsrin əvvəllərində müsəlman Şərqində ilk demokratik respublika qurmuş Azərbaycanın bu gün Belçika ilə sıx əməkdaşlıq əlaqələrinə malik olduğunu qeyd edib, öz müstəsna keyfiyyətlərinə görə bütün dünyada məşhur olan Qarabağ atı ilə bağlı bu abidənin Ham şəhərində qoyulmasının iki xalq arasındakı dostluğun rəmzi olduğunu bildirib.
Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçi Belçikada Azərbaycan icmasının hər zaman iki ölkəni və xalqı daha da yaxınlaşdırmaq üçün səylər göstərdiyini, bu abidənin ucaldılmasının bu istiqamətdə xüsusilə əlamətdar hadisə olduğunu diqqətə çatdırıb.
Ölkəmizin Belçikadakı səfiri Fuad İsgəndərov Azərbaycanın Ham şəhəri ilə qurduğu uğurlu əməkdaşlığın mədəniyyət və dinlərarası dialoqun ən gözəl nümunəsi olduğunu qeyd edib. F. İsgəndərov bunun təlatümlərlə zəngin bugünkü dünyada izlənilməsi vacib olan müsbət təcrübə kimi çıxış edə biləcəyini söyləyib. (AZƏRTAC)
Açılış mərasimi çərçivəsində Azərbaycanla bağlı film nümayiş etdirilib, eləcə də Ham şəhəri sakinləri üçün Novruz şənliyi də təşkil olunub.
Tədbir Belçika KİV-ləri tərəfindən işıqlandırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi