Bələdiyyə işçiləri qapı-qapı gəzib pul istəyir
08:36 12.11.2017
Arxiv
1288
Sakinlər isə narazıdır, “bu bələdiyyə nə iş görür ki?!”
"Bələdiyyələr pul yığmağı bilir, nə iş görürlər? Heç nə”. Bu narazılığı sakinlərin dilindən tez-tez eşidirik. Xüsusən də əmlak vergisinin toplanması son zamanlar bələdiyyələrə tapşırılandan. Yeni vəzifə verilmiş bələdiyyə işçiləri qapı-qapı gəzib, əmlak vergisinin ödənməsini istəyir. Niyə "istəyir” yazdıq, çünki, həqiqətən də bələdiyyə işçiləri tələb formasında danışmır.
Bəlkə də əhalinin maddi imkanlarını ölçüb qanunu az qala məsləhət, tövsiyə şəklində təqdim edirlər: "bu pul verilməlidir də, ödənməlidir. Onsuz da gec-tez ödəməli olacaqsınız. İmkan varsa, bəri başdan bir illik ödəyin, siz də rahat olun, biz də”. Bələdiyyə işçilərini mehriban danışıqlarına görə evə çay içməyə dəvət edənlər də olur. Narazılıqsa, qalır. Pulu niyə bələdiyyə yığmalıdır? Bu bələdiyyə nə iş görür ki?!
Biz də bu sualla Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqliyə müraciət etdik.
"Bələdiyyələr çox iş görə bilər” deyən V.Tofiqli günahın daha çox sakinlərdə olduğunu da vurğuladı:
- Bələdiyyələr yerli əhəmiyyətli məsələləri sərbəst və müstəqil şəkildə həll edən özünüidarəetmə strukturudur. Bu, qanunda belə yazılıb. Hər hansı işi görmək üçün də bələdiyyənin büdcəsi formalaşmalıdır. Büdcə isə əmlak və torpaq vergisi, ərazidə yerləşən müəssisələrdən daxil olan mənfəət vergisi, o cümlədən ianələr hesabına formalaşır. Bələdiyyə pul yığmalıdır da (söhbət əmlak vergisindən gedir - red.). Bu iş rəsmi qaydada bələdiyyəyə tapşırılıb. Amma bələdiyyələr nə iş görür, bu artıq başqa mövzudur və bunda biz sakinlərdən çox şey asılıdır.
Bu yaxınlarda Nəsimi rayonu Cavadxan küçəsindəki 3 yaşayış binasının fasadı tamamilə yenilənib, məhəllədaxili yollar abadlaşdırılıb. Həm də bələdiyyənin hesabına. 3 binanın sakinləri yerli bələdiyyəyə müraciət ediblər, onlar da daxili büdcənin hesabına bu işləri görüblər. Məhəmmədi bələdiyyəsinin həyata keçirdiyi işlərlə tanış olmaq istəyirsinizsə, bizim İB-nin saytına daxil olun, baxın. Yəni, harda ki, sakinlər fəaldır, hansısa problemlə bağlı yerli bələdiyyələrə müraciət edirlər, orada iş aparılır. Hətta bələdiyyənin büdcəsi yetərli olmasa da.
V.Tofiqli qeyd etdi ki, ümumiyyətlə, bələdiyyələrin fəaliyyətinin genişləndirilməsi üçün onların büdcəsinin artırılmasına ehtiyac var:
- Ümumilikdə 1607 bələdiyyə var. 1607 bələdiyyəyə dövlət büdcəsindən 5 milyon 200 min manat dotasiya ayrılıb. Bu məğləği ümumilikdə bütün bələdiyyələr arasında böləndə təxminən 3 min 230 manat pul eləyir. Bu pul bələdiyyənin öz strukturunu saxlamasına güclə çatır. Bununla belə vətəndaş əmlak vergisi ödəyirsə, bələdiyyədən iş tələb etmək hüququna malikdir. Problem bələdiyyə ilə deyil, daha çox vətəndaşlarla bağlıdır. Vətəndaşlar bələdiyyəni qeyri-aktiv struktur kimi problemlərdən kənarda saxlayır. Halbuki bələdiyyələr yerli xarakterli problemləri həll etmək iqtidarındadır. Sadəcə, sakinlər fəal olmalıdır, bələdiyyəyə müraciət etməlidirlər. Bələdiyyə həll etməsə, o zaman şikayətçi olsunlar, narazılıq etsinlər.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə