Benzin və dizelin keyfiyyəti artacaq
12:38 27.10.2019
Arxiv
396
Son günlər ölkə gündəminin və sosial şəbəkələrin əsas maraqlandığı məlumat Əhmədli qəsəbəsində görülən iri çəndir. Ətrafdan keçənlər tərəfindən çənin şəklini çəkilir və sosial şəbəkələrdə paylaşılaraq nə olduğu barədə soruşulur. Çən Əhmədlidən Babək prospektindən hərəkət etməklə başqa yerə daşınıb. Bu irihəcmli çənin SOCAR-a aid olması haqqında məlumatlar yayılıb. Bəs görək, uzunluğu az qala Ukrayna dairəsi boyda olan bu çən hansı səbəblə ölkəyə gətirilib? Onların sayı nə qədərdir?
Məsələ ilə bağlı SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov Lent.az -a açıqlama verib. Qurum rəsmisi görünüşü ilə hamını heyrətləndirən çənin nə məqsədlə gətirildiyindən danışıb:
“Hazırda SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda modernizasiya layihəsi gedir. Layihənin əsas məqsədi yanacağın keyfiyyətini artırmaq benzin və dizelin Avropa standartlarına yüksəltmək və zavodun istehsalat həcmini artırmaqdır. Bu layihə əsasında bir neçə yeni avadanlıqlar gətirilir.
Onlardan bəziləri bu günlərdə də daxil olmaqdadır. Bunlar LPG maye qazların saxlanılması üçün sitifadə olunan çənlərdir. 11 ədəd ölkəyə gəlməlidir ki, onun 5-i artıq Azərbaycana çatıb. 4-ü limandadır, 1-i isə Neft Emalı zavoduna yola salınıb. Bu avadanlıqların uzunluğu 30-60 metr civarında dəyişir, çəkisi 300 tondan yüksəkdir. Həm iri olması səbəbindən, həm də yolda başqa problemlər yarandığı üçün onun zavoda aparılması çətinləşdi”.
İbrahim Əhmədov Neft Emalı Zavodunun modernizasiya edilməsinin bir neçə milyard dollara başa gələcəyini, ancaq hələ ki, avadanlıqların qiymətlərinin məlum olmadığını da deyib. O, həmçinin gətirilən avadanlıqların yaxın zamanlarda qiymətlərinin açıqlanacağını bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstan Rusiya ilə sərhədi bağladı
18:01 13.08.2026
Cənubi Qafqaz
Abituriyentlərin gələcəyi biznesə çevrilib - Ekspert
17:55 13.08.2026
Elm və Təhsil
İran və ABŞ qapalı danışıqlar aparır
17:47 13.08.2026
Gündəm
İnfantino DÇ-2030-da 64 komandanın iştirakını istəyir
17:27 13.08.2026
Dünya
Ukraynalı polkovnikin külü Rotterdamdan Kiyevə gətirildi
17:20 13.08.2026
Dünya
Tufandağ buzlağının ekosistemində dəyişikliklər qeydə alınıb
17:13 13.08.2026
Ekologiya
SEPAH: Hörmüz boğazı tamamilə İranın nəzarəti altındadır
17:06 13.08.2026
Gündəm
Pişiklər bizə nə öyrədir? - Olduqca maraqlıdır
16:53 13.08.2026
Maraqlı
Husilər Yəməndə hökumət qüvvələrinə dron zərbəsi endirib
16:43 13.08.2026
Dünya
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı
16:43 13.08.2026
Gündəm
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq