Beş yaşlı qızın mədəsindən böyük tük kütləsi çıxarıldı - VİDEO
14:58 07.08.2019
Arxiv
1472
Azərbaycanda beş yaşlı qızın mədəsindən böyük saç kütləsi çıxarılıb.e-tibb.az-ın xəbərinə görə, əməliyyat Bakıdakı klinikalardan birində, uşaq cərrahı, tibb üzrə fəlsəfə doktoru Toğrul Ömərov tərəfindən icra olunub. Cərrah Toğrul Ömərov e-tibb.az-a bildirib ki, 18 sm ölçüdə olan tük kütləsi (bezoar) bütün mədəni və 12 barmaq bağırsağı örtübmüş. Əməliyyatla kütlə tamamilə xaric olunub və hazırda azyaşlının vəziyyəti normaldır.Həkimin sözlərinə görə, tirixofagiya adlandırılan xəstəlik əslində psixoloji problemdir. Uşaqlar öz saçlarını və ya yerə düşən tükləri götürüb yeyirlər. Bu zaman mədədə tük topası yığılır, tükdən ibarət böyük kütlə əmələ gəlir. Kütlə mədəni tam tutduqda artıq qidalana bilməmək, qusma və mədə nahiyəsində şişkinlik kimi əlamətlər ortaya çıxır. Bu kimi hallarda mütləq cərrahi müdaxilə, yəni tük kütləsinin çıxarılması mütləqdir.T. Ömərov onu da deyib ki, vaxtında aşkarlandıqda, psixoloqlar tərəfindən kömək olunarsa, bu xəstəliyin qarşısı alınır. Əməliyyatdan sonra da xəstə pisxoloqun nəzarəti altına alınmalıdır.Həkim qeyd edib ki, bu, daha çox qız uşaqlarında rast gəlinən probemdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi