
“Bəzi məmurlar Prezidentdən örnək götürməlidirlər” – Fond prezidenti
08:10 11.03.2019
Arxiv
643
“Azərbaycan hökumətinin bütün nüfuzlu nümayəndələri regionlarda vətəndaşlarla görüşlər təşkil etməlidirlər. Bu, cənab Prezidentin məhz onların qarşısına qoyduğu vəzifədir”
"Bəzi məmurlar əhali ilə birbaşa təmasda cənab Prezidentdən örnək götürməlidirlər”.
Bunu "Sherg.az”a "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev ölkə başçısı olmazdan əvvəl də, indi də əhali ilə mütəmadi görüşlər həyata keçirib:

"Ölkə başçısı bütün regionlara səfər edərək xalqla birbaşa maraqlanır, onlara diqqət göstərir. Hətta cənab Prezident bəzi rayonlara dörd-beş dəfə bu kimi səfərlər edib. Ölkə başçısı əhalinin bütün təbəqələri ilə görüşlər həyata keçirir və onların maraqlarını, ehtiyaclarını, problemlərini öyrənir. Cənab prezidentin bu addımları bugünkü gündə inkişafmıza müsbət səmərə verir.
Buna görə də, ölkə başçısının bu addımı onun fəaliyyətində əsas istiqamətlərdən biri kimi götürülür. İlham Əliyev hər zaman çıxışlarında bildirir ki, Prezidentdən tutmuş məmura kimi hər kəs xalqın içərisində olmalıdır.
Amma bəzi məmurlar tərəfindən bu xidmət həyata keçirilmir. Onlar öz fəaliyyətlərində cənab Prezidentin reallaşdırdığı islahatları tam olaraq icra edə bilmirlər. Yüksək statusa malik şəxslərin xalqla görüşlər keçirmək məsələsi çox vacib bir addımdır. Lakin bəzi hallarda bunu da etmirlər. Azərbaycan hökumətinin bütün nüfuzlu nümayəndələri regionlarda vətəndaşlarla görüşlər təşkil etməlidirlər. Bu, cənab Prezidentin məhz onların qarşısına qoyduğu vəzifədir”.
Ə.Nuriyev düşünürəm ki, bu görüşlərin miqyasını artırmaq lazımdır:
"Ümid edirəm ki, bundan sonra bu sahədə fəallıq daha da artacaq. Çünki probolemlərin, istəklərin həlli üçün əhali ilə birbaşa təmasda olub, oları dinləmək lazımdır. Eyni zamanda bu sahədə daha dolğun və müxtəlif alətlərdən istifadə edilməlidir. Məsələn, son dövrlərdə daha da operativ olan sosial media üzərindən bəzi işlər aparılmalıdır.
Miqrasiya Xidməti, Korrupsiyaya Qarşı Mübarizə komitəsi, Gömrük Kommitəsi idarələri əhali ilə sosial şəbəkələr vasitəsi ilə birbaşa təmaslar qurub. Bu kimi addımlar cəmiyyətin inkişafı üçün vacib məsələlərdir.
Ona görə ki, bu günləri insanların əksəriyyəti sosial media istifadəçisidir. Onlar bu yolla öz suallarını, problemlərini bir sıra yerlərə çatdıra bilərlər. Məmur təbəqəsi bu sahədə fəaliyyətini daha da artırmalıdır. Bu yolla həm əhalini problemləri həll olar, həm də bəzi məsələlərdə yeni fikirlər ortaya çıxa bilər. Yeni fikirlər də qəbul olunan qərarların kefiyyətinə təsir göstərib, bir çox sahələrdə şəffaflığı artıracaq”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial
ABŞ İrana "bombaların anası" ilə zərbə endirəcək
10:35 15.10.2026
Dünya
Hollivud ulduzu zorakılıq iddiasına cavab verib
10:20 15.10.2026
Şou
Meloni ABŞ-Rusiya dizel razılaşmasını riskli adlandırıb
10:14 15.10.2026
Gündəm
Bakıda Azərbaycan və İtaliya hərbçilərinin ekspert görüşü keçirilib
10:11 15.10.2026
Hərbi
Tramp: Mediaya məlumat sızdıran məmurlar güllələnməlidir
09:59 15.10.2026
Gündəm