“Bəzi qüvvələr iftira ilə ölkəmizin inkişafına kölgə salmağa çalışır” - Əli Əhmədov
08:06 11.05.2019
Arxiv
537
"Azərbaycanda bəzi azsaylı qüvvələr var ki, ölkəmizin möhtəşəm inkişafına böhtan atır, yalanla, iftira ilə ölkəmizin inkişafına kölgə salmağa çalışır”.
ONA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının sədrinin müavini, Baş nazirin müavini Əli Əhmədov deyib.
O bildirib ki, Azərbaycan vətəndaşları bu cür cəhdlərə inanmır: "Çünki insanın öz gözü ilə gördüyünü nə qədər bəlağətli şəkildə təhrif etməyə çalışsan da yəqin ki, bir nəticə verməyəcəkdir. Azərbaycan gözlərimizin önündə ən azı son 15 ildə nə qədər dəyişib. Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Dünyanın ən möhtəşəm idman tədbirləri Bakı şəhərində keçirilir. Bir neçə gün öncə bütün dünyanın izlədiyi "Formula 1” yarışına ev sahibliyi etdik və bir neçə gündən sonra UEFA Avropa Liqasının final oyunu Bakıda keçiriləcək. Bunlar təsadüfi deyil. Əgər Azərbaycanın paytaxtı və bütövlükdə ölkəmiz inkişaf etməsəydi, dəyişməsəydi, belə əzəmətli tədbirlərin keçirilməsi üçün infrastruktur olmasaydı belə tədbirlərin harda keçirilməsi sualı ortaya çıxanda Bakı şəhəri heç kimin yadına düşməzdi. Bunlar təkcə idmanla əlaqədar deyil. Bir neçə həftə bundan əvvəl ilk ölkəmizdə humanitar forum keçirildi”.
Ə. Əhmədov qeyd edib ki, Azərbaycan və paytaxt Bakı bu gün dünyanın diqqət mərkəzindədir: "Dünyanın aparıcı televiziya kanalları ölkəmiz haqqında tez-tez süjetlər verir. Bu gün insanların da həyatı və düşüncələri dəyişir. Ölkəmiz müasirləşdikcə insanlarımız da müasirləşir. Bütün bunların fonunda kimlərinsə Azərbaycanın reallıqlarını təhrif etməyə çalışması, böhtan atması bir vətəndaş olaraq hamımızın qəlbini incidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazı bağlanarsa, İran iqtisadi çöküşlə üzləşəcək - ŞƏRH
17:45 07.10.2026
Aktual
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb
17:23 07.10.2026
Sosial
Belarus MDB öllkələrinə çağırış etdi
17:06 07.10.2026
Dünya
Rubio: İran Hörmüz boğazına nəzarəti tamamilə itirib
16:39 07.10.2026
Dünya
Soydaşlarımız İsveçdə keçirilən seçkilərdə mandat əldə edib
16:08 07.10.2026
Dünya
Prezident İlham Əliyev Putinə zəng edib
15:37 07.10.2026
Futbol
Qan donduran hadisə: Evdən 14 uşaq çıxdı - Çinli cütlük saxlanıldı
15:12 07.10.2026
Hadisə
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb
15:10 07.10.2026
Dünya
Pezeşkian: İran ABŞ ilə tammiqyaslı müharibənin içindədir
14:54 07.10.2026
Dünya
Peskov: Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb
14:46 07.10.2026
Dünya
Ermənistan XİN-in saytında Qarabağla bağlı arxiv silindi
14:43 07.10.2026
Gündəm
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdirildi
14:27 07.10.2026
Media