"Biz Ermənistanın yeni hökumətinə şans veririk" - Şərh
13:00 28.12.2018
Arxiv
586
"Ermənistanda vaxtaşırı dəyişikliklər baş verir və hakim qüvvələr ziddiyyətli bəyanatlar səsləndirir”.
Bunu "Sherg.az”a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.
Professor bildirib ki, Moskva ilə münasibətləri ən yüksək səviyyəyə qaldırırıq. Bu da təsadüfi deyil:
"Rəsmi Bakı başa düşür ki, Rusiya yaxın tərəfdaş, qonşu dövlət və Minsk Qrupunun həmsədr ölkəsi kimi bu məsələdə açar rolunu oynaya bilər. Çünki Rusiya uzun zamandır Ermənistanla yaxın münasibətdə olan bir dövlətdir. Bu baxımdan gələn illə bağlı müəyyən ümidlər var. Ümidlər onunla bağlıdır ki, Ermənistanda yeni hökumət var və seçimdən sonra fəaliyyətə başlayacaq. Paralel olaraq, xarici işlər nazirlərinin bir neçə dəfə görüşməsi, dövlət başçısı cənab İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan ayaqüstü təmaslar müəyyən proseslərin başlanğıcı hesab oluna bilər. Biz Ermənistanın yeni hökumətinə şans veririk. İstəyirik ki, yeni hökumət əvvəlki rejimin səhvlərini təkrarlamasın və onlardan dərs çıxartsın. Əgər Paşinyan ağıllı istiqamətdə hərəkət edərsə, münaqişənin həllində irəliyə doğru addım atmaq mümkün olacaq. Bu, həm də Ermənistanın düşdüyü ağır vəziyyətdən çıxış yolu deməkdir”.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hər şeyi edəcəyini deyib. XİN rəsmisi bəyan edib ki, həmsədr ölkə olan Rusiya üzərinə götürdüyü öhdəliyi yerinə yetirəcək: "Bu məsələdə vaxt həddi qoyulmur. Əgər vaxt barədə danışsaq, hər zaman münaqişənin tez bir vaxtda nizamlanmasının və buna yönəlmiş tədbirlərin tərəfdarı kimi çıxış etmişik. Amma dəqiq vaxt barədə danışmaq çətindir. Təəssüf ki, bu, uzanmış münaqişədir. Biz həmişə münaqişənin tezliklə həll olunmasına çalışmış və bu problemin tezliklə həllinə yönələn addımları dəstəkləmişik”. "Rəsmi Moskvanın XİN rəhbərlərinin yanvar ayında görüşünün təşkilatçısı kimi çıxış etməsi mümkündürmü” sualını cavablandıran Zaxarova onda belə bir məlumatın olmadığını söyləyib.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şansınızı qaçırmayın: BÜRCLƏR üçün sentyabrın ən xoşbəxt günü
08:18 02.09.2026
Sosial
Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır?
07:37 02.09.2026
Cəmiyyət
Britninin filmi çəkilir – onlardan biri oynayacaq
07:00 02.09.2026
Şou
Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
06:26 02.09.2026
Sağlamlıq
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm