Biznes sektorunda yoxlamalar azaldılıb
08:09 30.01.2018
Arxiv
867
İqtisadçı ekspert deyir ki, bu, sahibkarlığın inkişafına təkan verəcək
Azərbaycan Vergilər Nazirliyi biznes sektorunda yoxlamaları tamamilə dayandırıb. Bu barədə "Trend”ə hökumətdəki mənbədən məlumat daxil olub.
Qeyd edək ki, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamalar 1 yanvar 2021-ci il tarixinədək dayandırılıb, amma bu, illik dövriyyəsi 120 min manatdan çox olan şirkətlərə şamil olunmur. Həmçinin, moratorium illik dövriyyəsi 120 min manatdan az olan bir sıra şirkətlərdə aparılan vergi yoxlamalarına aid deyil.
Bildirilir ki, yoxlamaların dayandırılması nazirlikdəki rəhbər dəyişikliyindən sonra aparılan struktur və kadr islahatları ilə bağlıdır.
Maraqlıdır, yoxlamaların dayandırılması sahibkarlığın inkişafına hansı təkanlar verəcək?
İqtisadçı-ekspert Natiq Cəfərlinin "Şərq”ə açıqlamasına görə, yoxlamaların azalması biznes mühitinə müsbət təsir edə biləcək amillərdən biridir. Ekspert bildirib ki, sui-istifadə hallarının artmaması və sahibkarlığın inkişafı üçün güclü nəzarət mexanizmi tətbiq olunmalıdır:
"Artıq 2 ildir bir çox sahələrdə yoxlamalar demək olar ki, dayandırılıb. Belə bir sual yaranır ki, yoxlamalar birdən-birə azalır və heç bir problemlər yaşanmırsa, vaxtilə yoxlamalar niyə bu qədər çox idi? Vergilər Nazirliyində verilən yeni qərar əslində, dövriyyəsi 120 min manatdan aşağı olan şirkətlərə aiddir. Yəni digər şirkətlərdə yoxlamaların davam etməsi gözlənilir.
Ümumilikdə isə yoxlamaların azalması pozitiv haldır və biznesin daha yaxşı inkişaf etməsinə təsir göstərən əsas amillərdən birinə çevrilir. Amma yaddan çıxarmaq lazım deyil ki, yoxlamaların azalması bəzən alıcılar tərəfindən daha keyfiyyətsiz malların satışa çıxarılması və daha keyfiyyətsiz xidmət göstərilməsi məsələsini gündəmə gətirir. Bunun qarşısını almaq üçün dövlət nəzarət mexanizmindən fərqli olaraq alıcının nəzarət mexanizmlərinin yaradılmasına çalışmaq lazımdır.
Bu yöndə addımlar atılmalı və rəqabətli mühit genişlənməlidir ki, müştərini aldatmağa cəhd edən, müştəri ilə yaxşı davranmayan kommersiya qurumları cəzalandırıla bilsin. Yəni məhkəməyə müraciət olunma halları gündəmə gəlsin və bununla bağlı addımlar atılsın ki, xidmətin keyfiyyəti axsamasın”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın qarşısını almasaydım, İsrail məhv olardı - Tramp
23:10 06.11.2026
Gündəm
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya