Blokada ölkəni çökdürüb
08:02 21.02.2018
Arxiv
615
Ermənistan çalışır ki, Sürix protokolunu yenidən gündəmə gətirsin
Ötən gün Münhen Təhlükəsizlik Konfransında sərsəm çıxışlar edən Ermənistan prezidenti Serj Sarkisyan Türkiyə ilə münasibətlərdən də söz açıb. 2009-cu il hadisələri haqqında danışan Sarkisyan bildirib ki, həmin protokollara əsasən Türkiyə-Ermənistan münasibətlərinin bərpası, sərhədlərin açılması müzakirə olunub.
Lakin buna baxmayaraq, Türkiyə Ermənistanla sərhədi bağlı saxlamaqda davam edir: "Əminliklə deyə bilərəm ki, vəziyyəti nizamlamaq məqsədilə Ermənistan əlindən gələni edib. Bununla belə münasibətlərin qurulmasına dair protokollar kağız üzərində qalıb”. "Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına Azərbaycan mane olurmu” sualına isə Sarkisyan belə cavab verib: "Xeyr. Əsas maneə Türkiyə liderlərində siyasi iradənin olmamasıdır. Biz daim Türkiyədən cavab addımlarının atılmasını gözləyə bilmərik. Protokollar mövcud şəraitə əsaslanaraq imzalanıb. Danışıqlar artıq yeni sənəd üzərində aparılmalıdır”. Maraqlıdır, Sarkisyan Türkiyə-Ermənistan sərhədlərinin hansı səbəbdən bağlanmasından danışmaq əvəzinə, Türkiyə rəhbərliyini məntiqsiz şəkildə "siyasi iradəsizlikdə” ittiham edir. Şübhəsiz ki, Sarkisyan Qarabağ münaqişəsi həll olmadan sərhədlərin açılmayacağının fərqindədir.
Çünki Türkiyə rəhbərliyi qəti şəkildə bunun reallaşmayacağını bəyan edib. Bu halda erməni rəhbərin hər fürsətdə məsələni gündəmə gətirməsi, Türkiyəni "şərtləri yerinə yetirməməkdə” haqsız ittiham etməsi nəylə bağlıdır?
Məsələni "Şərq”ə dəyərləndirən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistan prezidenti Serj Sarkisyan Sürix protokollarının reallaşmamasında rəsmi Ankaranı ittiham edir.
Ekspertin sözlərinə görə, İrəvan hökuməti Türkiyə tərəfinin ilkin şərtlər irəli sürməsindən gileylənir:
"Sarkisyan unudur ki, Türkiyə dövləti məhz Sarkisyanın komandanlığı altında Azərbaycana qarşı aparılan işğalçılıq siyasətinə görə sərhəddi Ermənistanın üzünə bağlayıb. Münhen konfransında jurnalist Sarkisyana Sürix protokolunun reallaşmamasında Azərbaycan faktorunu xatırlasa da, o, bunu inkar edib və hiyləgərcəsinə Türkiyə prezidentinin "siyasi iradə göstərmədiyini” vurğulayıb. Diqqətə çatdırım ki, Ermənistanla sərhədlərin açılmasını nəzərdə tutan "Sürix protokolu” ABŞ və Avropa Birliyinin Türkiyəyə ciddi təkidi ilə imzalanıb. Bu protokol imzalandıqdan sonra, rəsmi Bakının prinsipial siyasi mövqeyi və Türkiyə sərhədlərinin Qarabağ faktoruna görə bağlanmasını rəsmi Ankaraya çatdırması protokolların ratifikasiya edilməsini ertələyib. Bu günə kimi Azərbaycana görə "Sürix protokolu” Türkiyə Böyük Millət Məclisində toz içində qalıb”.
Analitik bildirib ki, əslində Sarkisyanın inkar etdiyi Bakı faktoru, məhz sərhəd açılımı prosesinə zərbə vurdu: "Türkiyənin protokolun ratifikasiya edilməsi üçün ilkin olaraq Ermənistana bir neçə rayonu boşaltması şərtini irəli sürməsi, sərhəd prosesinin ruhuna uyğundur. Məhz işğal faktoruna görə Türkiyə sərhədləri bağlayıb və təcavüz ortadan qalxmadan bunun reallaşması qeyri-mümkündür. İşğal davam etdikcə sərhədlərin açılması müzakirə predmeti olmayacaq.
Türkiyə rəsmilərinin də bu şəkildə bəyanatlar verməsi Ankara-Bakı əlaqələrinə zərbə vurmağa çalışan erməni avantürasına son qoydu. Ermənistan çalışır ki, Sürix protokolunu yenidən gündəmə gətirsin. Sarkisyanın Münhen Təhlükəsizlik konfransında bu məsələyə ayrıca diqqət ayırması bundan irəli gəlir. Məlumdur ki, Ermənistan iqtisadiyyatında durğunluq hökm sürür. Blokadada olan ölkə bütün regional lahiyələrdən təcrid olunub.
Əgər aprel ayından sonra Ermənistan danışıqlarda kompromisə gələrsə və işğal altındakı rayonları boşaldarsa, Sürix protokolu ratifikasiya edilə bilər. Ancaq nə qədər ki, Sarkisyanın ritorikası Moskvadan qaynaqlanır, Ermənistanın blokadası da davam edəcək”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq
23:40 17.09.2026
Futbol
Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib
22:42 17.09.2026
Gündəm
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
21:25 17.09.2026
Gündəm
Bu, NATO-nun Rusiyaya qarşı müharibəsi deməkdir
21:14 17.09.2026
Aktual
Ermənistanda TRIPP layihəsinin icrası müzakirə olundu
21:03 17.09.2026
Cənubi Qafqaz
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya
Kiyevdə ardıcıl partlayışlar baş verdi
18:40 17.09.2026
Gündəm