BMT-nin iclasında Ermənistan qınanıldı
10:58 03.10.2020
Arxiv
420
Cenevrədə BMT-nin Avropa İqtisadi Komissiyasının Su Konvensiyasının iclası keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA -ya bildirilib ki, videokonfrans formatında keçirilən iclasa dünyanın 100-dən çox ölkəsi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri və Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi qatılıb.
Tədbirin əsas mövzusu suyun mühafizəsi üzrə transsərhəd əməkdaşlığın gücləndirilməsi və suya bərabər çıxışın təmin edilməsi olub.
ETSN-in Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Emin Qarabağlı çıxış edərək görüş iştirakçılarını Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanın ərazilərində törədilən ekoloji terror, əhalinin sudan məhrum edilməsi, transsərhəd çayların qabağının alınması və çirkləndirilməsi, su anbarlarının baxımsızlıqdan qəza vəziyyətinə düşməsi ilə ətrafdakı yaşayış məntəqələri və yüz minlərlə əhalinin təhlükə altında olmasını qeyd edərək Ermənistanın ölkəmizə qarşı törətdiyi təcavüz aktlarının qınanılmasına çağırıb.
O qeyd edib ki, BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etsə də, qarşı tərəf bu qətnamələrə məhəl qoymur. Əksinə, işğal olunmuş ərazilərdə cinayətkar və qondarma rejim yaradaraq qanunsuz fəaliyyət aparır.
Beynəlxalq ekoloji ictimaiyyətə müraciət olunaraq, Ermənistanın regiondakı işğalçı siyasətinə, bunun nəticəsində illərlə davam edən ekoloji terrora son qoyulması üçün qətiyyətli tədbirlərin görülməsinə çağırış edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Astanada sərnişin PUA-sı sınaqdan keçirilib
13:44 06.08.2026
Dünya
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
13:40 06.08.2026
Dünya
AZAL-ın fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirəcək
13:36 06.08.2026
Aktual
NASA: "Falcon 9" raketinin fraqmenti plansız şəkildə Aya çırpılıb
13:27 06.08.2026
Dünya
NBC: Trampın zəngindən sonra Pentaqonda təcili iclas çağırılıb
13:11 06.08.2026
Gündəm
"Deportivo" Anhelinyonu "Roma"dan icarəyə götürüb
12:57 06.08.2026
Futbol
Ərdoğan MTŞ-də Cənubi Qafqazı müzakirə edəcək
12:42 06.08.2026
Gündəm
Nigar Fərhadın həbs olunan əri kimdir, nə işlə məşğuldur?
12:39 06.08.2026
Cəmiyyət
İsmayıllıda 7 yaşlı uşaq qıcolmadan ölüb
12:27 06.08.2026
Hadisə
İsrail ordusu Livanın cənubuna zərbələr endirdi
12:11 06.08.2026
Dünya
97 yaşlı qadın uçan təyyarənin qanadı üzərində rekord qırdı
11:07 06.08.2026
Dünya