BMU-da Dövlət Bayrağı Gününə həsr olunan təntənəli tədbir keçirilib
07:29 08.11.2019
Arxiv
550
Bakı Mühəndislik Universitetində (BMU) 9 noyabr-Dövlət Bayrağı Gününə həsr olunan təntənəli tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə müstəqilliyimizin əsas atributlarından olan bayrağın tarixi haqqında videoçarx nümayiş olunub.
Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov bildirib ki, müstəqilliyinin 28-ci ildönümünü yaşayan Azərbaycanın dövlət bayrağı hansı ölkədə yaşamasından asılı olmayaraq, bütün vətəndaşlarımız üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib.
Rektor xatırladıb ki, 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilən və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olan üçrəngli bayrağımız 72 ildən sonra yenidən dövlət bayrağı kimi təsdiqlənib. Bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Muxtar Respublikanın dövlət bayrağı olaraq təsdiq edilib. Bundan sonra 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək, onu dövlət bayrağı elan edib. Prezident cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla 9 noyabr tarixinin Dövlət Bayrağı Günü kimi təsis olunduğunu sözlərinə əlavə edən rektor onu da vurğulayıb ki, bayrağımızı uca tutmaq, vüqarla dalğalandırmaq hər bir gəncin, vətəndaşımızın müqəddəs borcudur.
Sonra çıxış edən millət vəkili Musa Quliyev üçrəngli bayrağımızın Azərbaycan xalqının azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirdiyini söyləyib. Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Dövlət Bayrağı Muzeyi, Dövlət Bayrağı Meydanının memorial abidə-istirahət kompleksi yaradılıb. Bütün bunlar Azərbaycanda dövlət bayrağına olan xüsusi ehtiramın nümunəsidir. M.Quliyev bu gün Azərbaycanın hər bir yerində dalğalanan müqəddəs bayrağımızın tezliklə işğal altında olan torpaqlarımızda da qaldırılacağına əminliyini vurğulayıb.
Daha sonra tədbirdə YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin 3-cü kurs tələbəsi Asif Hüseynov çıxış edərək, bu günlə bağlı fikirlərini bölüşüblər.
Sonda BMU tələbələrinin ifasında bayrağa həsr olunan şeir, mahnı və ədəbi kompozisiyalar səslənib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Britaniyadan Qəzzaya mesaj: “Sizi eşidirik, haqlı idiniz”
21:18 29.09.2026
Dünya
9 bələdiyyə sədri AKP-yə keçdi - Ərdoğan nişanlarını taxdı
21:03 29.09.2026
Gündəm
Digər stansiyalarda da pulsuz gediş tətbiq oluna bilər
20:58 29.09.2026
İnfrastruktur
Kürdəmirdə ildırım 51 yaşlı kişini vuraraq öldürüb
20:50 29.09.2026
Hadisə
AB Suriyaya 51 milyon avro ayırdı
20:42 29.09.2026
Dünya
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
20:35 29.09.2026
Hadisə
Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü
20:27 29.09.2026
Gündəm
Şəhidlər unudulmur və onlar əbədiyyətə kimi xatırlanacaqlar!
20:27 29.09.2026
Ölkə
FIFA reytinqi yeniləndi! Türkiyə millisi 4 pillə gerilədi
20:23 29.09.2026
Futbol
Ət bazarında vəziyyət dəyişir
20:16 29.09.2026
Sosial
3 rayona diqqət
20:01 29.09.2026
Ekologiya
Putindən əcaib fərman: Dataları gizlədin!
19:46 29.09.2026
Gündəm
ABŞ İraqdan çıxır: Vaşinqtonun boşaltdığı meydanda Tehran güclənir?
19:27 29.09.2026
Dünya
Zelenski: Rusiya Sumıda məktəbi bombalayıb, ölənlər var
18:46 29.09.2026
Dünya
Məşhur erməni yazıçı və ssenarist Vaqram Saakyan saxlanılıb
18:39 29.09.2026
Region