BMU əməkdaşlarının əməkhaqları artırıldı
13:55 25.10.2019
Arxiv
427
Bakı Mühəndislik Universitetində (BMU) Elmi Şuranın növbəti iclası keçirilib. İclasda rektor, professor Havar Məmmədov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində atılan addımların ardıcıl xarakter daşıdığını vurğulayıb. Rektor bildirib ki, son illər iqtisadi sahədə aparılan islahatlar nəticəsində əldə olunan əlavə gəlirlər əməkhaqqı və digər sosial ödənişlərin artımına yönəldilməkdədir. Cari ildə də bütün sahələrdə çalışan vətəndaşlarımızın əməkhaqları, həmçinin minimum əməkhaqqı və minimum pensiya iki mərhələdə artırılıb. Bu sırada elm adamlarının, xüsusilə müəllimlərin əməkhaqlarının da əhəmiyyətli şəkildə artımı baş verib.
Daha sonra iclasda BMU əməkdaşlarının əməkhaqlarının cari ilin 1 sentyabr tarixindən etibarən artırılması haqqında qərar qəbul edilib. Qərar verilərkən universitetin mövcud maliyyə imkanları, xüsusilə BMU-nin Azərbaycan universitetləri arasında ən yüksək əməkhaqqı sistemi tətbiq edən ali təhsil ocaqlarından biri olması nəzərə alınıb.
İclasda qeyd olunub ki, əməkhaqlarının artırılması “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli Fərmanının icrası çərçivəsində həyata keçirilən tədbirlərin davamıdır. Belə ki, yeni tədris ilindən dövlət sifarişi ilə təhsil alanların sayının və onlara ayrılan təhsil xərclərinin artırılması ilə bağlı müvafiq qərarlar verilib. Həmin qərarlara əsasən, müxtəlif ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının magistratura və rezidentura səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 2019-cu il sentyabrın 1-dən orta hesabla 30 faiz artırılıb.
Eyni zamanda, iclasda universitetin maliyyə imkanları nəzərdən keçirilməklə gələcəkdə də əməkhaqlarının artırılması məsələsinə baxılması qərara alınıb. Sonda rektor H.Məmmədov universitetin professor-müəllim heyəti və əməkdaşları adından, onların sosial müdafiəsinin yaxşılaşdırılması üçün atılan davamlı addımlara görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstan Rusiya ilə sərhədi bağladı
18:01 13.08.2026
Cənubi Qafqaz
Abituriyentlərin gələcəyi biznesə çevrilib - Ekspert
17:55 13.08.2026
Elm və Təhsil
İran və ABŞ qapalı danışıqlar aparır
17:47 13.08.2026
Gündəm
İnfantino DÇ-2030-da 64 komandanın iştirakını istəyir
17:27 13.08.2026
Dünya
Ukraynalı polkovnikin külü Rotterdamdan Kiyevə gətirildi
17:20 13.08.2026
Dünya
Tufandağ buzlağının ekosistemində dəyişikliklər qeydə alınıb
17:13 13.08.2026
Ekologiya
SEPAH: Hörmüz boğazı tamamilə İranın nəzarəti altındadır
17:06 13.08.2026
Gündəm
Pişiklər bizə nə öyrədir? - Olduqca maraqlıdır
16:53 13.08.2026
Maraqlı
Husilər Yəməndə hökumət qüvvələrinə dron zərbəsi endirib
16:43 13.08.2026
Dünya
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı
16:43 13.08.2026
Gündəm
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq