BMU ilə “SMART HOME” MMC şirkəti əməkdaşlıq müqaviləsi imzalayıb
13:23 01.11.2019
Arxiv
450
Bakı Mühəndislik Universiteti (BMU) ilə “SMART HOME” MMC şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Universitetdə fəaliyyət göstərən ixtisaslar üzrə mütəxəssis hazırlığında, həmçinin biliklərin yayılmasında elmi-metodiki, maddi-texniki və təşkilati tədbirlərin, eləcə də tətbiq yönümlü elmi-tədqiqat işlərinin aparılması, yeni texnologiyaların işlənilməsi, əldə olunan elmi nəticələrin tədris prosesində, müxtəlif istehsalat sahələrində tətbiq olunması müqavilənin əsas məqsədini təşkil edir.
BMU-nun maddi-texniki və tədris bazasının genişləndirilməsi istiqamətində birgə fəaliyyət göstərmək, elmi-praktik konfransların, seminarların, olimpiadaların, sərgilərin birlikdə təşkil olunması tərəflərin əməkdaşlıq sahələrini əhatə edir.
Eyni zamanda, BMU-nun Proseslərin avtomatlaşdırılması mühəndisliyi, Elektroenergetika mühəndisliyi, Sistem mühəndəsliyi və Kompüter mühəndisliyi ixtisasında təhsil alan tələbələrindən gənc mühəndis qismində tədqiqat qrupu yaradılacağı nəzərdə tutulub. Birgə startap layihələr yerinə yetirərək tələbələrin akademik biliklərinin praktiki vərdişlərə çevrilməsi üçün təlim proqramlarının təşkil edilməsi də sənəddə qeyd olunub.
Əməkdaşlıq müqaviləsini BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Manafəddin Namazov və “SMART HOME” şirkətinin direktoru Çingiz Hümbətov imzalayıb.
Qeyd edək ki, “SMART HOME” şirkəti elektron qurğuların dizaynı, layihələndirilməsi, hazırlanması və satışı, müxtəlif elektrik sxemləri çap platasına hazırlamaq üçün lazım olan elektron komponentlərin yığılması, smart evlərin layihələndirilməsi, təhlüksəizlik sistemlərinin quraşdırılması və onun başqa sistemlər ilə inteqrasiya olunması, müxtəlif elektron cihazların layihələndirilməsi və istehsalı üzrə ixtisaslaşmış bir şirkətdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Husilər Yəməndə hökumət qüvvələrinə dron zərbəsi endirib
16:43 13.08.2026
Dünya
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm