BNA avtobusla qatarın toqquşması ilə bağlı məlumat yayıb





Bakı Nəqliyyat Agentliyi avtobusla qatarın toqquşması ilə bağlı məlumat yayıb.

Agentlikdən "Sherg.az"a verilən məlumata görə, 01.10.2018-ci il tarixində 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən "10-TG-106" dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub.

Bakı Nəqliyyat Agentliyinin məsul şəxsləri hazırda hadisə yerindədir. Hadisə ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.