Boris Conson öndə gedir: Britaniyanın baş naziri postuna seçkilərin üçüncü turu keçirilib
20:11 19.06.2019
Arxiv
648
Böyük Britaniyanın Mühafizəkarlar partiyasının lideri və ölkənin baş naziri postu uğrunda yarışda sabiq xarici işlər naziri Boris Conson öndə gedir.
AZƏRTAC Britaniya KİV-lərinə istinadla xəbər verir ki, bu gün keçirilən səsvermənin üçüncü turunun yekunlarına əsasən, Boris Conson parlament fraksiyasının 143 üzvünün dəstəyini qazanıb. XİN-in başçısı Ceremi Hant 54 səslə ikinci, ətraf mühit naziri Maykl Qouv 51 səslə üçüncü, daxili işlər naziri Sacid Cavid isə 38 səslə dördüncü yerdə gedir.
Fraksiya üzvlərinin yalnız 27-nin səsini yığan beynəlxalq inkişaf naziri Rori Stüart seçki kampaniyasının qaydalarına görə mübarizədən kənarlaşıb. O, namizədlər arasında Britaniyanın Avropa İttifaqında qalmasına tərəfdar olan yeganə şəxs idi.
Səsvermənin növbəti turları cümə axşamı günü baş tutacaq. Bu turlarda namizədlərin sayı iki nəfərədək azalmalıdır. Bunun üçün nə qədər lazım gəlsə, bir o qədər səsvermə keçiriləcək.
Partiyanın yeni liderinin və Böyük Britaniyanın baş nazirinin adı iyulun sonlarında məlum olmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol