Boşanmaq istəyən ailələr üçün məhkəmələrdə barışdırıcı mexanizmin tətbiqi təklif edilir
10:50 15.02.2019
Arxiv
743
Ailə, Qadın və Uşaq Komitəsinin sədri Hicran Hüseynova boşanmaq istəyən ailələr üçün məhkəmələrdə barışdırıcı mexanizmin tətbiqini təklif edib.
Trend-in məlumatına görə, bu təşəbbüsü irəli sürən Ailə, Qadın və Uşaq Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, müasir dövrün aktual problemlərindən hesab edilən ailədaxili münaqişələrin həlli ailə təsisatının davamlılığı baxımından olduqca vacibdir:
"Əfsuslar olsun ki, bu gün biz münaqişəli ailələrin sayının artdığını müşahidə edirik. Bu da çox zaman boşanma ilə nəticələnir. Aparılan təhlillər göstərir ki, belə ailələrin boşanma səbəbləri bəzən həllediləndir. Lakin barışdırma mexanizminin olmaması və tərəflərin bir çox hallarda bir-birinə barışmaz mövqedə dayanması problemi daha da dərinləşdirir. Buna görə də məhkəmələrdə barışdırıcı mexanizmin tətbiq olunmasına ehtiyac var. Bu da "Mediasiya haqqında” qanunun qəbul edilməsini zəruri edir”.
Komitə sədri qeyd edib ki, mediasiya mülki, əmək və ailə hüquq münasibətlərindən yaranan mübahisələrin tənzimlənməsi məqsədilə tətbiq olunur. Bu qanun mübahisələrin həllinin alternativ üsuludur.
H.Hüseynova əlavə edib ki, komitə bununla bağlı bir sıra müsbət təcrübələri, əsasən də alman təcrübəsini araşdırıb:
"Hazırda Komitənin mərkəzlərində pilot layihə keçirilir və çox müsbət nəticələr əldə olunub. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində ölkəyə ekspertlərin dəvət olunması və yerli mütəxəssislərin hazırlanması ilə bağlı təklif edilib. Düşünürük ki, təklif reallaşarsa, yerli səviyyədə mediatorların hazırlanması və bu xidmətin ölkə üzrə göstərilməsinə nail olacağıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi