Böyük əfv gözlənilir
19:55 03.02.2018
Arxiv
1191
"Amma inanmıram ki, əfv və amnistiya eyni zamanda olsun"
Millət vəkili Siyavuş Novruzov prezident İlham Əliyevdən növbəti amnistiya aktının qəbul edilməsini xahiş edib. Deputat bu barədə Parlamentin 2018-ci il yaz sessiyasının ilk iclası zamanı məlumat verib.
S.Novruzov deyib ki, bu il həm də Heydər Əliyevin anadan olmasının 95 illiyidir: "İndiyə qədər Azərbaycanda 63 əfv fərmanı və sərəncamı imzalanıb, 11 amnistiya qərarı verilib. Mən Prezident İlham Əliyevə müraciət edərək növbəti amnistiya aktının qəbul olunmasını xahiş edirəm. Bu il həm ümummilli lider Heydər Əliyevin 95 illiyi, həm də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik ildönümüdür. Bu münasibətlə amnistiya aktı qəbul edilsə, çox yaxşı olardı”.
Xanım millət vəkili Elmira Axundova "Şərq”ə açıqlamasında həmkarının təklifini müsbət qiymətləndirdiyini deyib. Onun sözlərinə görə, bayram ərəfəsində əfv fərmanının olacağı gözlənilir: "Amma inanmıram ki, əfv və amnistiya eyni zamanda olsun. Çünki adətən əfv olanda amnistiya olmur və ya amnistiya olanda əfv fərmanı verilmir. Amma Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və ümummilli lider Heydər Əliyevin 95 illiyidir. Ona görə də hər şey gözlənilə bilər. Bəlkə əfv fərmanı və amnistiya aktı bir yerdə olacaq. Bunu hələ ki, dəqiq deyə bilmərik. Təklif yaxşıdır və buna baxmaq lazımdır ki, əfv və amnistiya bir yerdə necə məqsədəuyğundur”.
Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev isə bildirib ki, 2018-ci il Cümhuriyyətin 100 illiyi və ümummilli lider Heydər Əliyevin 95 illiyi ilə bağlı çox geniş tədbirlər hazırlanır.
Bu ərəfələrdə əfv və amnistiya aktının qəbul edilməsinin minlərlə ailəni sevindirəcəyini deyən hüquq müdafiəçisi deputatın təklifini alqışladığını söylədi: "Hesab edirəm ki, bu, Azərbaycanda cəzanın yüngülləşməsi istiqamətində aparılan siyasətin həyata keçirilməsinin növbəti dövrü ola bilər. Amnistiya aktının qəbul edilməsi çox mühüm bir məsələ olardı. Çünki əfv sərəncamından fərqli olaraq amnistiya aktı qeyri-müəyyən sayda məhkumlara aid olur. Çünki amnistiya ayrı-ayrı kateqoriyada cinayətlər etmiş çoxsaylı şəxslərin cəzadan azad edilməsinə gətirib çıxara bilər. Ölkəmiz müstəqillik əldə edəndən bu günə qədər 11 amnistiya aktı olunub. Buna qədər 115 mindən artıq şəxs cinayət məsuliyyətindən azad edilib. Ümid edirəm ki, Cümhuriyyətin 100 illiyi ərəfəsində də belə bir amnistiya aktı qəbul ediləcək”.
Ə.Nuriyev həmçinin bildirib ki, bəzi hallarda bir çox beynəlxalq təşkilatlar insan hüquq və azadlıqlarının pozulmasını bəhanə gətirərək Azərbaycana təsir göstərməyə çalışırlar. Ona görə də amnistiya aktının geniş miqyasda verilməsi bu bəhanələri aradan qaldıra bilər: "Ölkəmizin müstəqil siyasəti var. Azərbaycan milli maraqlarını və vətəndaşlarının istəklərini nəzərə alaraq siyasət aparır. Ona görə də hansısa təzyiqlər effektli olmayıb, bundan sonra da olmayacaq. Çünki Azərbaycan prezidentinin yeganə məqsədi ölkənin vətəndaşlarının rifahını təmin etməkdir”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm