"Bu, Azərbaycan və Türkiyə şirkətlərini maraqlandıran işdir"
16:58 17.02.2017
Arxiv
934
"Dövlət Gömrük Komitəsinin hesabatlarında Azərbaycanın xarici ölkələrlə ticarətində az da olsa, milli valyuta ilə əməliyyatların aparıldığı əks olunub”.
Bunu Sherg.az-a Azərbaycanın Türkiyə arasında ticarətin milli valyuta ilə aparılmasının zəruriliyini şərh edərkən iqtisadçı Hafiz Babalı deyib. O bildirib ki, müəyyən ölkələrlə yerli şirkətlər qarşılıqlı razılaşmalar əsasında milli valyuta ilə ticarət aparırlar:
"İndiki halda bu, Azərbaycan və Türkiyə üçün həm də bir sınaq dövrüdür. Türkiyənin də valyuta ilə bağlı müəyyən çətinliklər var. Azərbaycanda valyuta daxilolmaları da zəifləyib. Bu mənada iki ölkə arasında danışıqların getməsi gözlənilən idi. Amma bu necə nəticələnəcək?, həqiqətən də baş verəcəkmi? sualları meydana çıxır. Hökumətlərarası razılıq əsasında bu proses həll olunsa da, birbaşa iki ölkənin şirkətlərini maraqlandıran məsələdir. Yəni bunu şirkətlərə təzyiq və ya başqa formada qəbul etdirmək mümkün deyil. Şirkətlər müstəqil təsərrüfat subyektidir.
Onların gəliri və xərci ilə, özünün ticarət dövriyyəsi, əməkhaqqıları ilə bağlı özünün qəbul etdiyi normalara uyğun hərəkət edir. Amma burada başqa məsələ də var. İki ölkə arasında müəyyən mübadilə məhsullarında, xüsusilə dövlətlərarası ticarətdə razılıq əldə etmək olar. O mallar ki, iki ölkənin dövlət müəssisələri tərəfindən həyata keçirilir. Məsələn, Azərbaycan Türkiyəyə qaz satır, onu dollarla deyil, türk lirəsi ilə bizə ödəyə bilərlər. Azərbaycanın da türk lirəsinə müəyyən tələbatı var. Türkiyə ilə müəyyən idxal, ixrac əməliyyatlarında biz bunları görürük. Türkiyə ötən il Azərbaycanla ticarət əlaqələrində ilk yerdə qərarlaşıb. İdxal əməliyyatlarında da yenə də ən öncül sıradadır. Bu mənada, hesab edirəm ki, ticarətdə məhz dövlət təşkilatlarının əhəmiyyətini nəzərə alıb, ölkələrin ABŞ dolları və avro ilə təmin olunma səviyyəsində müəyyən kompromis əldə etmək olar”.
Bir müddət əvvəl İranla da ticarətdə milli valyutadan istifadə edilməsinin müzakirə olunduğunu xatırladan H. Babalı bu ölkə ilə ticarətdə fərqli məqamları diqqətə çatdırıb:
"İranla neft və ya qaz kimi ticari əlaqələr yoxdur. İran da bizim kimi iri neft, qaz təchizatçısıdır. Məhsulların idxal və ixracının hansı valyutada aparılması isə artıq iki ölkənin və onun şirkətlərinin qərarından asılıdır”.
Qeyd edək ki, İstanbulda təşkil olunan V Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumundakı çıxışında Türkiyənin elm, sənaye və texnologiya naziri Faruk Özlü Azərbaycanla ticarət dövriyyəsinin artırılmasının zəruriliyini vurğulayıb. Nazirin sözlərinə görə Azərbaycanla ticarətdə milli valyutadan istifadə olunması artırılmalıdır.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə
Nikzad: Xamenei möcüzə sayəsində xilas oldu
11:10 02.10.2026
Dünya
Peskov: Rusiyaya atəşkəs yox, sülh lazımdır
10:31 02.10.2026
Dünya
Paşinyan Minskdəki iclasa onlayn qatıldı
10:29 02.10.2026
Dünya
Güllü Muradovaya vəzifə verildi
10:25 02.10.2026
Mədəniyyət
Nazirdən ŞOK AÇIQLAMA: 10 minə yaxın müəllim...
10:24 02.10.2026
Elm və Təhsil
Ermənistan Azərbaycanın ardınca getməyə çalışır?
10:22 02.10.2026
Region
Tramp İran rəhbərliyini hədələdi
10:20 02.10.2026
Dünya
Ukrayna ərazisində müstəqil dövlət yaranacaq - Putin
10:15 02.10.2026
Dünya
Hikmət Hacıyev Azərbaycanın İsrail ilə münasibətlərindən danışdı
10:09 02.10.2026
Siyasət