"Bu danışıqlar Azərbaycana olan etimadın nümunəsidir" - Prezident
12:30 07.09.2017
Arxiv
380
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
"Sherg.az"ın AzərTAc-a istinadən xəbərinə görə, dövlət başçısı Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla qərbli həmkarları arasında Bakıda növbəti görüşün keçirilməsi üçün Azərbaycan tərəfinin məmnunluqla şərait yaratdığını vurğulayıb və qeyd edib ki, bu danışıqlar risklərin qarşısının alınması, qarşılıqlı etimadın möhkəmlənməsi işinə xidmət edir: "Biz qlobal miqyasda ümumi gərginliyin azaldılmasında maraqlıyıq və Bakıda artıq ikinci dəfədir ki, bu mühüm danışıqların keçirilməsindən məmnunluq hissi duyuruq. Bu danışıqlar həm Azərbaycana olan etimadın nümunəsidir, eyni zamanda, Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin yaxşı göstəricisidir. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında bütün digər sahələrdə olduğu kimi, hərbi və hərbi-texniki sahədə də uğurlu əməkdaşlıq həyata keçirilir".
Prezident İlham Əliyev iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduğunu bildirib və qeyd edib ki, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun səfəri gündəlikdə duran məsələlərin və əməkdaşlığımızın perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaradır.
Valeri Gerasimov Rusiya Federasiyası ilə Azərbaycan Respublikasının bütün sahələrdə, o cümlədən hərbi və hərbi-texniki sahələrdə də uğurlu əməkdaşlıq həyata keçirdiyini deyib. O qeyd edib ki, ölkələrimiz arasında ənənəvi olaraq dostluq münasibətləri mövcuddur və Azərbaycan Rusiyanın strateji tərəfdaşıdır.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
14:41
Prezident İlham Əliyev Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Lent.az-ın məlumatına görə, bu barədə AzərTAc məlumat yayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman
Prezident: Cənubi Qafqazda sülh yeni investisiya dalğası yaradır
12:35 25.09.2026
Gündəm
2015-ci ildən sonra doğulanlara siqaret qadağan ediləcək
12:25 25.09.2026
Sağlamlıq
Azərbaycan Prezidenti İrakli Kobaxidzeyə zəng edib
12:01 25.09.2026
Gündəm
Kartof şirniyyatdan da çox şəkəri qaldırır
11:44 25.09.2026
Sağlamlıq