Bu gün yay fəsli daxil olur: dəhşətli İSTİLƏR QABAQDADIR
05:03 21.06.2019
Arxiv
622
Bu gün Azərbaycana yay fəsli daxil olacaq.
Bu barədə Lent.az -a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov deyib. O bildirib ki, yay fəsli bu gün 19.54-də ölkəyə daxil olacaq:
"Buna həm də yay Günəş tutuluşu deyilir. Bu o deməkdir ki, günəş üfüqdən ən hündürdə olur. Beləliklə, günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən kiçik bucaq əmələ gətirir və günəş şüaları yer səthinə, xüsusilə də şimal yarımkürəsinə yaxşı düşür”.
2019-cu ilin yay fəslinin hava proqnozu ilə bağlı Lent.az -a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, bu gün Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək:
"Həmçinin şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Lakin sonrakı günlərdə günorta saatlarında 30-36 dərəcə istilik təşkil edəcək. Əksər rayonlarda yağmursuz hava müşahidə olunsa da, axşam saatlarında, bəzi şimal və qərb rayonlarında yağış yağacağı ehtimal olunur”.
G.Məmmədova əlavə edib ki, iyul, avqust ayları yay aylarının ən isti ayları kimi xarakterizə olunur:
"İlkin məlumatlara görə iyul, avqust aylarında havanın temperaturu iqlim normasına yaxın olacaq. Bəzi günlərdə bir qədər isti olacağı gözlənilir. Yağıntılara gəldikdə isə o da iqlim normasına yaxın olacaq, bəzi yerlərdə isə yağıntıların iqlim normasından az olacağı proqnozlaşdırılır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol