“Bu il dollar sabit qalacaq”
07:58 31.01.2018
Arxiv
1386
Azərbaycanda daha bir gecədə manatın dəyərdən düşməsi gözlənilmir
ABŞ prezidenti Donald Tramp dolların getdikcə daha da güclənəcəyini bildirib. O, xəzinə naziri Steven Mnuçinin zəif dolları dəstələdikləri yönündə açıqlamasına toxunaraq qeyd edib ki, ABŞ iqtisadiyyatı böyüdükcə, dollar da güc qazanacaq.
Trampın açıqlamasından sonra dollar itirdiyi dəyəri bərpa etməyə başlayıb. Ancaq iqtisadi proqnozlar fərqlidir. ABŞ-ın yenidən dolları möhkəmləndirmə siyasətinə başlayacağı istisna edilmir. Eyni zamanda, zəif dollar ABŞ ixracını təşviq etdiyindən 2018-ci ildə ucuz dollar da mümkün görünür.
İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, D.Tramp verdiyi açıqlama ilə gələcəyi nəzərdə tutur. Çünki son 6 -7 aydır dollar indeksində ciddi aşağı enmə müşahidə olunur: "Yəni dolların dünya valyutalarına - avroya, funt strelinqə, Yapon yeninə və İsveç frankına qarşı ucuzlaşmasını gördük. Bunun da Amerikan ixracatına müsbət təsiri var idi.
Bu il Federal Ehtiyat Sisteminin (FES) bir neçə toplantısı olacaq. Toplantıların azı 3-də faiz artımı ilə bağlı qərar verilə bilər. Bu gün də toplantı var, amma Cenet Yelenin başçılığı ilə son toplantıdır, sonra istefaya gedir və mart ayında yeni FES başqanı toplantıya rəhbərlik edəcək. Hələ ki, faiz artımı ilə bağlı qərar veriləcəyi gözlənilmir, amma ən azından gələcəklə bağlı daha "aqressiv” bəyanatlar ola bilər. Təbii ki, Amerikada faiz artdıqca dollar indeksinin möhkəmlənməsi, dünyada bahalaşması trendi başlaya bilər. Böyük ehtimalla mart ayında 2018-ci ilin ilk faiz artımı gerçəkləşəcək. Növbəti faiz artımı sentyabrda, bu ilin sonuncu faiz artımı isə dekabr toplantısında, yəni ilin sonunda qəbul olunacaq. Əgər bu ssenari reallaşsa, dünyada dolların bahalaşmasını görəcəyik”.
İqtisadçının sözlərinə görə, dollar indeksinin yüksəlməsinin Azərbaycana birbaşa yox, dolayısı ilə təsiri var. Çünki, ölkəmizdə əsasən dollar-manat məzənnəsi nəzarət altında saxlanılır:
"Hələ ki, manata ciddi bir təhlükə gözlənilmir. Dollar bahalaşdıqca neftin qiyməti düşür, bu tarixən həmişə belə olub. Dollarla əlaqədar olaraq neftin qiyməti düşsə və əsas ticarət tərəfdaşlarımız olan Rusiya, Gürcüstan, Türkiyə və Qazaxıstanda milli valyutalar ucuzlaşmağa başlasa, Azərbaycan manatına təzyiqlər artacaq. Təzyiqlər artdıqca Mərkəzi Bank artıq manatla bağlı daha "yumşaq” siyasət yeritməyə məcbur olacaq.
Dolların bahalaşması və neftin ucuzlaşması manata basqıları artıracaq.
Amerikanın məşhur agentlikləri manatla bağlı yaxın 3 ilin proqnozlarını açıqlayıb. Bu il dolların təqribən 1.70 civarında sabit qalacağı, gələn il 1.80-nə qədər yüksələcəyi, 2021-ci ilə qədər isə 2 manata qədər ucuzlaşacağı deyilib. Bu həqiqətə uyğun bir proqnozdur.
Əgər belə templə davam etsə, yaxın gələcəkdə manatın cüzi olaraq dəyərdən düşməsini görəcəyik. Lakin kəskin devalvasiyalar, bir gecədə manatın dəyərdən düşməsi daha Azərbaycanda gözlənilmir”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm
Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planlaşdırır
19:53 18.09.2026
Dünya
Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan
19:45 18.09.2026
Cənubi Qafqaz
“Neftçi” yubiley oyununda Qəbələdən qələbə ilə ayrıldı
19:36 18.09.2026
Futbol
Narkotik araşdırmasında məşhurlardan 21 nəfər saxlanılıb
19:02 18.09.2026
Hadisə