
"Bu illərdə bir dənə də neft yatağı kəşf edilməyib" - Fond prezidenti
09:45 14.11.2017
Arxiv
719
"Azərbaycanda neft hasilatının azalması prosesi 2010-cu ildən gedir”.
Bu barədə "Sherg.az”a Neft Araşdırmaları Fondunun prezidenti İlham Şaban bildirib. O qeyd edib ki, Dövlət Statistika Komitəsinin məlumatlarına baxsaq, neft hasilatının azalması ilə bağlı təəccüb doğuracaq heç nə yoxdur:

"Bu proses obyektiv səbəblər üzündən baş verir. Ölkədə müstəqillik illərində ancaq bir blok neft yataqlarının işlənməsi baş verib. Bu illər ərzində bir dənə də neft yatağı kəşf edilməyib. Əvvəllər kəşf olunan neft yataqları isə bir növ çəlləkdir, istehsal etdikcə azalır. İctimaiyyətə neft hasilatının azalması səbəbləri bu cür çatdırılmalıdır. Bu proses normaldır.
Ümumiyyətlə, hasilat ildən-ilə azalmağa doğru gedir. Azərbaycanda neft hasilatı bitənə qədər bu proses davam edəcək”.
Qeyd edək ki, 2017-ci ilin yanvar-oktyabr aylarında ölkədə 32 mlrd. manatlıq sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,4 faiz artıb, neft sektorunda isə 5,9 faiz azalıb.
Sənaye məhsulunun 70 faizi mədənçıxarma sektorunda, 24,8 faizi emal sektorunda, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə