Bu qərar professoru sevindirdi: "Abituriyentlərə ikinci şans da verilir "
15:08 08.02.2017
Arxiv
1066
"Ölkəmizdə qəbul imtahanlarının ildə iki dəfə keçirilməsi həddindən artıq sevindirici və xoş xəbərdir".
Bunu Sherg.az -a tanınmış təhsil eksperti, professor Şahlar Əsgərov bildirib.
Onun sözlərinə görə, indiyə qədər ali məktəbə qəbul sözünün arxasında şəxsi mənafe gizlənirdi. Düşünürdülər ki, bu qəbul prosesindən qazanc əldə edim, varlanım:
" Gənclərin savadlanması və gələcəkdə layiqli vətəndaş olması ikinci planda qalırdı. İndi isə o ikinci planda qalan məsələ ön plana keçdi. Dövlət öz gəncinə qayğı göstərir. Dövlət əlindən gələni edir ki, gənci küçədə qalmasın, ali məktəbə daxil olsun. Gedib bəzi zərərli dəstələrə qatılmasın və yaxud da başqa ölkələrin bazarlarında göy-göyərti satmasın. Ali məktəbə qəbul olunsun və səliqəli- mədəni mühitdə böyüsün. Bu mənada məlum qərar məni hədsiz dərəcədə sevindirir. Əsas məqsədimiz bu olmalı deyil ki, o uşaq universitetə qəbul olunsun və buradan gəlir əldə edim. Dövlətimizin məqsədi o olmalıdır ki, orta məktəbi quraran gənclərin əksəriyyəti ali məktəblərdə təhsil alsın. Əvvəlcə imtanlar ildə bir dəfə təşkil olunurdu. İndi artıq abituriyentlərə ikinci şans da verilir. Artıq gənclər birinci şansdan yararlana bilməyəndə sınmayacaq. Biləcək ki, ikinci imtahan da var və onda istifadə edəcək. Hələ qarşıda onun arzularının reallaşması üçün imkanın olduğunu düşünəcək. Ona görə də bu addımı alqışlayıram."
Professor onu da əlavə edib ki, gənclərimizion ali təhsillə əhatə olunma əmsalı çox azdır:
"Həmişə nümunə göstərirdim ki, Cənubi Koreyada ali təhsilli insanların sayı 95 faiz təşkil edir. Amerikada da 85 faizdən çoxdur. Yəni küçədə gedən 100 adamın 85 -i ali təhsillidir. Bu haqda çox yazmışam, hətta o qədər çox yazmışam ki, bu mövzunu özüm üçün köhnəlmiş sayıram. Sağolun ki, məlum mövzunu gündəmə gətirirsiniz".
Qeyd edək ki, Azərbaycanda bakalavriat səviyyəsinə qəbul imtahanı ildə iki dəfə keçiriləcək. Belə ki, Dövlət İmtahan Mərkəzinin (DİM) təklifinə əsasən Nazirlər Kabineti tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə, ali təhsil pilləsinin bakalavr, magistratura və rezidentura səviyyələrinə tələbə qəbulu qaydalarını təsdiq edib. DİM-dən məlumata görə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul qaydalarında edilən dəyişikliyə əsasən abituriyentlərə seçdikləri ixtisas qrupu üzrə eyni tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak etməyə icazə verilir.
Cari tədris ilində bakalavriat səviyyəsinə qəbul imtahanının iki dəfə keçirilməsi nəzərdə tutulur. Bu ilin və əvvəlki illərin məzunları hər iki imtahanda iştirak edə bilərlər. Abituriyentlər müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özləri müəyyən edəcəklər.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol