Bu "referendum" oradakı bədbəxt və ac ermənini aldatmaqdır"




"Qondarma Respublikanın da qondarma referendumu olar". 

Bunu Sherga.az-a separeatçı ermısnitanın Azərbaycanın işğal olunmuş ərazilərində bu gün keçirdiyi "referendum"a münasibət bildirərkən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov bildirib. 

Onun sözlərinə görə, bütün təşkilatlar - ATƏT, Avropa İttifaqı və digər təşkilatlar həmin "referendumu" tanımayacaqlarını bəyan ediblər: 

"Əlbəttə, bu qondarma, saxta referendumu pisləyirəm və bu, ermənilərin növbəti təxribatlarından biridir. Bugünkü Ermənistan hakimiyyəti vaxt qazanmaq istəyir. Bu, oradakı bədbəxt, kasıb və ac ermənini aldatmaqdır".

B. Səfərov onu da diqətə çatdırıb ki, aprel döyüşü ərəfəsində Ermənistan bizə yalvarırdı:

"Yalvarırdılar ki, gəlin, danışıqlar masasına keçək. Atəşkəs dayansın. Amma indi növbəti dəfə təxribat törətməkdə davam edirlər. Cənab Prezident ən yükəsk tribunalardan həmişə bəyan edib ki,  Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Biz bir qarış torpağımızı belə kiməsə güzəşt edəsi deyilik. Və heç bir halda Dağlıq Qarabağ ərazisində ikinci bir Ermənistan Respublikası qurula bilməz.  Mən doğma torpaqlarıma qayıtmaq istəyirəm". Əminəm ki, qayıdacam da". 

Qeyd edək ki, Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş torpaqlarında yaradılmış separatçı "Dağlıq Qarabağ Respublikasında” bu gün "konstitusiya dəyişiklikləri” ilə bağlı "referendum” keçirilir. Məlumata görə, seçki məntəqələri saat 08:00-20:00 radələrində açıq olacaq. Separatçıların səs verməsi üçün Yerevanda da seçki qutuları quraşdırılıb. Dəyişiklik prezident idarəçiliyi formasına keçidi nəzərdə tutur. Mövcud "konstitusiyaya” görə "DQR” yarım prezident respublikası sayılır. "Referendumda” 102 757 nəfər səs hüququna malik olacaq.

Xatırladaq ki, Qarabağın 25 illik işğal tarixində separatçı respublikada 2 referendum, 5 prezident, 6 parlament və bələdiyyə "seçkiləri” keçirilib.

Ayyət Əhməd