Bu təbii vasitədən için, YUXUSUZ qalmayın!





Yuxusuzluq yaşla mütənasibdir, yəni yaş artdıqca yuxusuzluq da artır. Tədricən yuxusuzluğu törədən amillər də çoxalır. 

Sherg.az xəbər verir ki, mümkün qədər problemin öhdəsindən gəlmək üçün dərman preparatlarından istifadə etməyin.


Hətta vitaminləri də qəbul etmək effektiv olmaya bilər. Bu problemlə bağlı ən təsirli və ziyansız vasitələrdən biri xalq təbabətinin metodlarıdır ki, yuxusuzluğun öhdəsindən gəlməyinizə kömək edə bilər.

Sadə reseptlərdən biri mayaotu bitkisinin qozasıdır ki, gündə 3 dəfə 1 xörək qaşığı onun məhlulundan içə bilərsiniz. 

Məhlulun özünü isə belə hazırlamaq lazımdır: 

10 qram mayaotu qozasını 1 stəkan qaynar suya töküb, onu 20 dəqiqə dəmdə saxlayın. Sonra yuxarıda qeyd etdiyimiz qaydada istifadə edin.

Gecələr pis yatanlar, əsəblərində gərginlik olanlar bu məhluldan istifadə etsələr faydasını görəcəklər.