Qızıl ucuzlaşdı, dollar gücləndi

Qızılın qiyməti güclü dollar və ABŞ dövlət istiqrazlarının gəlirliliyinin artması fonunda ucuzlaşıb.

“Bakupost” xəbər verir ki, spot qızılın qiyməti 0,3% azalaraq bir unsiya üçün 4 128,69 dollara düşüb. ABŞ qızıl fyuçersləri isə 4 156 dollar səviyyəsində qalıb.

Dolların möhkəmlənməsi qızılı digər valyutalardan istifadə edən investorlar üçün bahalaşdırıb. ABŞ-də sentyabr ayında məşğulluq artımının gözləniləndən daha çox zəifləməsi isə FES-in oktyabrda faiz artıracağı ilə bağlı gözləntiləri azaldıb.

ABŞ-də xidmət sektorunda aktivliyin zəifləməsinə baxmayaraq, güclü daxili tələb tədarük zəncirlərinə təzyiqi artırıb. Şirkətlərin xammal və digər giriş xərclərini ölçən göstəricinin dörd ildən çox müddətdə ən yüksək səviyyəyə yüksəlməsi inflyasiyanın 2027-ci ilə qədər yüksək qala biləcəyinə işarə edib.