İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi ölkəsinin mümkün hərbi qarşıdurmaya hazır olduğunu bildirib.
Sherg.az xəbər verir ki, Əzizi İran Silahlı Qüvvələrinin ABŞ və İsrailin hər hansı səhv hesablamasına qarşı yüksək hazırlıq vəziyyətində olduğunu deyib.
Onun sözlərinə görə, İran ordusunun verəcəyi cavab əvvəlkindən daha sərt və dağıdıcı olacaq.
Əzizi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.