Bu xəstəliyi olub oruc tutanlara XƏBƏRDARLIQ
11:03 27.04.2020
Arxiv
366
11 ayın sultanı hesab edilən Ramazan ayı hər zaman xoş ab-havası ilə seçilir, öz dəyərləri ilə bəzi xəstəliklərdən əziyyət çəkən pasiyentlər üçün mənəvi güc dövrü sayılır. İnanclıların mübarək ay qəbul etdikləri Ramazan həm də meditasiya aparmaq üçün ideal perioddur. Lakin onkoloji xəstəlikləri olanlar oruc tutmaqda diqqətli olmalıdır.
Lent.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının həkimi, mammoloq-radioloq, Şüa diaqnostika və şüa terapiyası kafedrasinin assistenti Günel Qəmbərova bu məsələ ilə bağlı bəzi məqamları açıqlayıb.
G.Qəmbərovanın sözlərinə görə, onkoloji xəstələrin müalicəsi və sağalmasında qida ilə su qəbulu, hətta qida qəbulunun qaydası böyük əhəmiyyət kəsb edir. Ona görə də belə xəstələr oruc tutmaq qərarı verməzdən öncə həkimlə məsləhətləşməlidirlər: “Xəstəliyin aktiv dövründə - kimya terapiyası və şüa terapiyası alan dövrdə pasiyentlər daha diqqətli olmalıdırlar. Bu dövrdə onlara oruc tutmaq qətiyyən məsləhət deyil. Bu, hətta böyük riskdir. Çünki belə müalicə zamanı ürəkbulanma, qusma, halsızlıq, diareya və qəbzlik ola bilər. Belə bir durumda oruc tutmaq onların immun sistemini tam çökdürə bilər. Çünki bu dövrdə istah azalacaq, su-duz mübadiləsi tam pozulacaq. Halbuki aktiv dövrdə olan onkoloji xəstələr su və kalori rasionuna tam ehtiyacı olan pasiyentlərdir. Nəzərə alsaq ki, xəstələrin qəbul etdikləri dərmanlar qaraciyər və böyrəkdən xaric olur, onda su və qida qəbulunun onlar üçün nə qədər vacib olduğunu anlamaq mümkündür”.
Radioloq Günel Qəmbərova qeyd edir ki, sahur yeməyi üçün rejimə uyğun olmayan vaxtda yuxudan durmaq, yuxu balansı ilə yanaşı qida balansını da pozmaq immun sisteminə mənfi təsir edir.
Artıq müalicə almış, reaksiya dövründə olan xəstələr də oruc tutmaq istəsələr, öncə həkimlə məsləhətləşməlidirlər. “Daha yaxşıyam, sagalmışam” deyib özbaşına, həkim məsləhəti olmadan oruc tutmağa başlamasınlar. Unutmasınlar ki, orqanizmi yenidən yükləmək, ac saxlamaq olmaz. Bu qərar verəndə xəstəliyin lokalizasiyası, hansı mərhələdə olması çox önəmlidir. Bu incəlikləri isə xəstələr özləri yox, həkimləri daha dəqiq bilir".
G.Qəmbərova həkim məsləhətini qulaqardına vurmamağı, öncə sağlamlığa diqqət verməyi tövsiyə edir. Çünki həkimlər dinindən, irqindən, inancından asılı olmadan pasiyentlərin hamısına sağlam qalmaq üçün məsləhət verirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Evdə nağd pulu heç vaxt buralara qoymayın: Ən riskli 8 yer
07:51 11.08.2026
Cəmiyyət
Ronald Arauxo "Liverpul"a keçdi
07:17 11.08.2026
Futbol
Cici Hadid qızı və bacısı ilə tətildə
06:06 11.08.2026
Şou
Mütəxəssislər açıqladı: İdeal yuxu müddəti 7 saat 48 dəqiqədir
05:25 11.08.2026
Sağlamlıq
ABŞ-də son 132 ilin istilik rekordu qırılıb
04:50 11.08.2026
Ekologiya
Rusiya Kiyevə ballistik raketlərlə hücum edib
04:14 11.08.2026
Aktual
Venesuelada zəlzələ qurbanlarının sayı 6 300 nəfərə çatıb
02:22 11.08.2026
Dünya
Ərəbistan vəhhabilikdən imtina edir
01:50 11.08.2026
Cəmiyyət
Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub
00:22 11.08.2026
Hadisə
İngiltərənin 71,3 faizində rəsmi olaraq quraqlıq elan edilib
23:57 10.08.2026
Dünya
"Bazel" - "Barselona" oyunu üçün bilet satışı dayandırıldı
23:35 10.08.2026
Futbol
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm