“Büdcədən rayonlara dotasiyaların ayrılması məqsədəuyğun deyil”
08:33 16.11.2017
Arxiv
729
“Bütün rayonlar öz gəlirləri hesabına xərclərini ödəməlidir”
"2018-ci ilin dövlət büdcəsinin yerli gəlirləri 651 milyon manat proqnozlaşdırılır. Bu da cari illə müqayisədə 4 milyon manat çoxdur”. Bunu ötən gün parlamentin komitə iclasında maliyyə nazirinin müavini Azər Bayramov deyib.
O bildirib ki, bu il olduğu kimi 2018-ci ildə də 33 rayon və şəhər xərclərini öz gəlirləri hesabına təmin edəcək. Vitse-spiker Bahar Muradova 33 rayon və şəhərin büdcələrini öz gəlirləri hesabına formalaşdırmasını ən böyük nailiyyət adlandırıb. O bildirib ki, büdcə zərfində gəlirlərin və xərclərin 2017-ci illə müqayisədə artırılması çox mühüm məqamlardandır. Məlumat üçün bildirək ki, əgər keçən ilə kimi sadəcə Mingəçevir, Naftalan, Sumqayıt və Şirvan şəhərləri, o cümlədən Abşeron və İmişli rayonları büdəcədən dotasiya almırdısa, ötən il onların sıralarına əlavə 27 rayon və şəhər də qoşulub.
Dotasiyaların kəsilməsi ilə bağlı danışan iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, artıq bir sıra şəhərlərə dövlət büdcəsindən vəsait ayrılmır. Ekspertin sözlərinə görə, prosesin davam etdirilməsinə ehtiyac var:
"Əyalətlər investisiya mühitini yaxşılaşdırmaqla, bölgəyə daha çox kapital cəlb etməklə öz xərclərini qarşılamağa çalışmalıdır. Büdcədən rayonlara dotasiyaların ayrılması məqsədəuyğun deyil. Ancaq düşünürəm ki, rayonlara dotasiyaların ləğvi mərhələli şəkildə aparılmalıdır. Nəticədə bütün rayonlar üzrə bu məsələ öz həllini tapmalıdır. Təbii ki, işğal olunmuş rayonlar burada istisna ola bilər”. Ekspert hesab edir ki, növbəti mərhələlərdə rayonlara ümumiyyətlə dövlət büdcəsindən vəsait ayrılması dayandırılacaq: "Bütün rayonlar öz gəlirləri hesabına xərclərini ödəməlidir. Digər tərəfdən, vergi yoxlamaları istisna olmaqla digər yoxlamaların qadağan edilməsi rayon icra hakimiyyətlərinə imkan verir ki, yerlərdə sahibkarlığı daha da inkişaf etdirsinlər. Rayonlara investisiyaların cəlb edilməsi sahibkarlığın inkişaf etdirilməsi baxımından müsbət təsirlərə malikdir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə