Problemdən çıxış yolları barədə danışan tanınmış sosioloq, professor Əhməd Qəşəmoğlu da Sherg.az-a açıqlamasında qeyd edib ki, hər bir ölkənin ən mühüm göstəriclərindən biri onun əhalisinin mədəni davranışıdır:
"Bura zibil atanın anası, bacısı..." - Paytaxt divarları
11:24 09.03.2017
Arxiv
1140
Ölkəmizdə bəzi şəxslərin məişət zibillərini zibil qabılarına deyil, qonşunun qapısı ağıza, liftə, blokun qabağına və küçə tinlərinə atması ilə bağlı hallara az qala hər gün rast gəlirik. Bu problem uzun illədir mövcud olsa da, ona etik ölçülər çərçivəsində heç bir əncam çəkilmir. Məsələnin qarşısı isə həmin yerlərə, "Bura zibil atan eşşəkdir", Bura zibil atanın atasına lənət" və s kimi söyüşlərlə qismən də olsa alınır. Elə dünən kültüroloq Aydınxan Əbilov da öz feysbuk səhifəsində mövcud problemi əks etdirən foto paylaşıb.
O fotoda ünavanı göstərilməyən blokun qabağına "Bura zibil atanın anası, bacısı pis yoldadır" sözləri yazılıb. Şübhəsiz ki, bu cür söyüş və təhqirlər məsələnin müvafiq həlli deyil. Ona görə ki, küçə tinlərinə, blok və liftlərə yazılan bu ifadələr söyüşün ictimai qınağın bir elementinə çevrilməsinə yol aça bilir.
Problemdən çıxış yolları barədə danışan tanınmış sosioloq, professor Əhməd Qəşəmoğlu da Sherg.az-a açıqlamasında qeyd edib ki, hər bir ölkənin ən mühüm göstəriclərindən biri onun əhalisinin mədəni davranışıdır: "İnsanlar hansısa ölkəyə səfər edəndə o ölkənin park və küçələrinin gözəlliyinə fikir verdikləri kimi insanlarının da mədəni səviyyəsinə diqqət yetirirlər. Divalara söyüş dolu söz yaz yazmaq da davranışın bir formasıdır. Təsəvvür edin ki, hər hansı bir ölkədən Azərbaycana qonaq gəlir və o adam Azəracan dilini də bilir. Bakı küçələrini gəzəndə küçə tinlərində, blokların qabağında həmin təhqiramiz söyüşləri görür. Həmin adamda ölkəmiz haqqında necə rəy yaranacaq? Əlbəttə, mənfi. Çünki normal insan söyüş söyməz. Burada başqa mexanizmlər tapılmalıdır. Kimsə zibili zibil qablarına deyil, blokların qarşısına, liftə atırsa, gizli kameralara quraşdırıb, buna nəzarət həyata keçirmək olar. Yəni həmin adam aşkarladıqdan sonra onunla söhbət aparmaq olar. Belə adamları mədəni şəkildə həmin pis əməllərdən çəkindirmək olar. Amma paytaxt küçələrinə bu cür yazı yazmaq xoşagəlməz göstəricidir".
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi
12:50 01.10.2026
Ölkə
Corabla yatırsınızsa... Bu vərdişiniz haqqınızda nə deyir?
12:43 01.10.2026
Sağlamlıq
Uzun müddət oturmaq infarkt riskini artırır
11:51 01.10.2026
Sağlamlıq
Prezident İlham Əliyev Çin liderini təbrik edib
11:33 01.10.2026
Gündəm
SEPAH: İranda 6 terrorçu öldürülüb
11:28 01.10.2026
Gündəm
Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı
11:23 01.10.2026
Dünya
20 ildən sonra ARB-dən çıxarılır
11:19 01.10.2026
Media
İki ölümcül iynəyə tab gətirdi - Edamı bu səbəbdən baş tutmadı
11:17 01.10.2026
Dünya
Tiktok Azərbaycanda vergi uçotuna alındı
11:15 01.10.2026
Aktual
Oktyabrın 2-də işıq kəsiləcək - Bu ərazilərdə
11:14 01.10.2026
İnfrastruktur
Fərhad Məmmədov: AQEM beynəlxalq təşkilata çevrilə bilər
11:13 01.10.2026
Gündəm
NATO baş katibi Rusiyanın nüvə təhdidinə bir cümlə ilə cavab verdi
11:05 01.10.2026
Gündəm
Türkiyədə böhran: Ərdoğan hökumətdə dəyişikliyə gedir
10:38 01.10.2026
Gündəm
Polşa onu Azərbaycana təhvil verdi
10:35 01.10.2026
Cəmiyyət