"Burada jurnalistikadan deyil, dələduzluqdan söhbət gedir”
15:17 14.02.2019
Arxiv
639
"Haqqında danışılan məsələ jurnalistikaya aid deyil. Burada jurnalistikadan deyil, sırf dələduzluqdan və jurnalistikadan sui-istifadə hallarından söhbət gedir”.
Bunu "Sherg.az”a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət deyib.
Tanınmış jurnalist bildirib ki, bu adamların jurnalistikaya heç bir dəxli olmadığı üçün onlarla bağlı söhbəti media ilə əlaqələndirmək doğru deyil:
"Ona görə də düşünürəm ki, burada hansısa mətbuat və söz azadlığının "boğulması”ndan ümumiyyətlə danışmaq olmaz. Digər tərəfdən Azərbaycanda normal jurnalistika ilə məşğul olan, jurnalistlərin peşə davranışı qaydasına uyğun fəaliyyət göstərən heç kim ciddi problemlə üzləşmir.
Düzdür, bəzən informasiya əldə etməklə bağlı çətinliklər olur. Yaxud da ayrı-ayrı məmurların kobudluğu hallarına rast gəlinir.
Bunlar da müvafiq şəkildə araşdırılır və layiqli qiymətini alır. Hətta dəfələrlə olub ki, kobudluğa yol verənlər, jurnalistlərin hüquqlarını pozanlar üzr istəyiblər, səhvlərini anladıqlarını deyiblər. Yəni məsələ öz həllini tapıb. O səbəbdən ümumilikdə götürəndə heç də Azərbaycanda mətbuatın boğulması kimi bir dövlət siyasəti yürüdülmür”.
A.Həsrət düşünür ki, bu cür hadisələrdə manipulyasiya etməyə cəhd edənlər sadəcə olaraq səmimi insanlar deyillər:
"Onlar bulanıq suda balıq tutmağa çalışanlardır. Təbii ki, elə adamların də əməlləri heç vaxt baş tutmayacaq və istəklərinə nail ola bilməyəcəklər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi