Bütün islam ölkələri yığmalarının Bakıya gələcəyi dəqiqləşdi
12:08 17.04.2017
Arxiv
587
Mayın 12-22-də Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) bütün üzvlərinin iştirakı rəsmiləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏK) və İHİF bu gün bəyan edib ki, İslamiadaya 57 ölkənin hamısı qatılacaq.
İHİF və AİHOƏK-un birgə razılığına əsasən Küveyt idmançıları yarışda İslam Həmrəyliyi İdman Federasiyasının bayrağı altında Müstəqil İslam Həmrəyliyi komandası kimi iştirak edəcəklər. Onlar İHİF tərəfindən akkreditasiyadan keçiriləcək və İHİF-in formalarını geyinəcək. İdmançılar tərəfindən qazanılacaq bütün medallar da İHİF bayrağı altında təqdim ediləcək. İdmançıların iştirakının təşkili məsələlərinin həlli və hərtərəfli təmin olunmaları məqsədi ilə İHİF tərəfindən onlar üçün müstəqil nümayəndə heyətinin rəhbəri də təyin olunub.
Federasiyanın baş katibi Faysal Əbdüləziz Əl-Nassar bildirib ki, İslam Həmrəyliyi Oyunları birlik və sülh ruhunu özündə yaşadan çoxmillətli, multikultural, çoxnövlü idman tədbiridi: "Əminik ki, islam dünyasının idmançılarını bir araya gətirəcək IV İslam Həmrəyliyi Oyunları cəmiyyətin müxtəlif gəncləri arasında dostluq və sülh əlaqələrini daha da möhkəmləndirəcək. Buna görə də, İHİF-in bütün 57 ölkəsindən olan idmançıların bu oyunlarda iştirak etməsi bizi çox sevindirir və bu nəticənin əldə olunmasında göstərdikləri köməyə görə bütün tərəflərə minnətdarlığımızı bildiririk”.
Qeyd edək ki, bunadək 56 ölkənin Azərbaycana gəlməsi məlum idi. Lakin Küveyt Milli Olimpiya Komitəsi Beynəlxalq Olimpiya Komitəsi tərəfindən cəzalandırıldığından onların yarışlarda iştirakına qadağa qoyulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AB Suriyaya 51 milyon avro ayırdı
20:42 29.09.2026
Dünya
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
20:35 29.09.2026
Hadisə
Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü
20:27 29.09.2026
Gündəm
Şəhidlər unudulmur və onlar əbədiyyətə kimi xatırlanacaqlar!
20:27 29.09.2026
Ölkə
FIFA reytinqi yeniləndi! Türkiyə millisi 4 pillə gerilədi
20:23 29.09.2026
Futbol
Ət bazarında vəziyyət dəyişir
20:16 29.09.2026
Sosial
3 rayona diqqət
20:01 29.09.2026
Ekologiya
Putindən əcaib fərman: Dataları gizlədin!
19:46 29.09.2026
Gündəm
ABŞ İraqdan çıxır: Vaşinqtonun boşaltdığı meydanda Tehran güclənir?
19:27 29.09.2026
Dünya
Zelenski: Rusiya Sumıda məktəbi bombalayıb, ölənlər var
18:46 29.09.2026
Dünya
Məşhur erməni yazıçı və ssenarist Vaqram Saakyan saxlanılıb
18:39 29.09.2026
Region
Türkiyədə saxlanılan İran təyyarəsi Tehrana qayıdacaq
17:46 29.09.2026
Gündəm
Özbəkistan Prezidenti Pezeşkiana zəng etdi
17:38 29.09.2026
Gündəm