Cəbhəboyu zonada yeni hərbi hissə açıldı
13:03 04.08.2018
Arxiv
678
Cəbhəboyu zonada HHQ-nin yeni hərbi hissəsinin açılışı olub.
Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov HHQ-nin cəbhəboyu zonada yeni inşa edilən hərbi hissəsinin açılışında iştirak edib, şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub.
Müdafiə Nazirliyinin rəhbərliyi həmçinin ərazidəki qərargah binası, əsgər yataqxanası, tibb məntəqəsi, yeməkxana, sinif otaqları, mətbəx, ərzaq və əşya anbarı, qazanxana, sıra meydanı, nəzarət buraxılış məntəqəsi, eləcə də digər xidməti və inzibati obyektlərə baxış keçirib.
Ali Baş Komandanın ordu quruculuğu sahəsində qarşıya qoyduğu vəzifələri şəxsi heyətin diqqətinə çatdıran müdafiə naziri döyüş hazırlığının səviyyəsinin daha da artırılması ilə bağlı komandanlığa konkret tapşırıqlar verib.
Sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birgə nahar edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya