
Cəbhədə sakitlik Moskvanı narahat edir
09:04 25.06.2019
Arxiv
952
"Rusiya ABŞ-ın Dağlıq Qarabağ konfliktində aktivliyinin artmasından ehtiyatlanır"
Dağlıq Qarabağda müharibəyə hazırlıq gedir. Bu barədə Rusiyanın "vladtime” saytı iddia edib. Valeri Axrimoviçin müəllifi olduğu məqalədə bildirilib ki, Qarabağ cəbhəsində vəziyyət kəskinləşir: "Azərbaycan tərəfi ermənilərin qumbaraatanlarla təxribat törətdiyini deyir, Ermənistan isə bunu təkzib edir. Ermənistan tərəfi iddia edir ki, Azərbaycan vəziyyətdən istifadə edərək, müharibəyə başlamaq istəyir”.
Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğu, Ermənistan tərəfindən tutulduğu qeyd olunan məqalədə müəllif münaqişə tərəflərinin hərbi potensialını araşdırıb: "Azərbaycan Ordusu daha çox inkişaf edib, nəinki Ermənistan ordusu”.
Müəllif hesab edir ki, Qarabağda müharibə başlayarsa, Rusiyanın seçim problemi yaranacaq: "Azərbaycan və Ermənistanın Rusiyadakı diasporu eyni səviyyədə güclüdür. Əgər ermənilər media sahəsində güclüdürsə, azərbaycanlılar biznes sahəsində nüfuzludur”.

Yenicə başa çatmış Vaşinqton görüşündən sonra rus mediasında "Qarabağda müharibə gözlənilir” mesajlarının yayılması ekspertlər tərəfindən birmənalı qarşılanmayıb. Bəzi analitiklərin fikrincə, rus politoloqların müharibə ehtimalını qabartması və savaşda Rusiyanın seçim qarşısında zorlanacağını ifadə etməsi müəyyən məqamlardan xəbər verir.
Məqalədə vurğulanan məsələlərlə bağlı "Şərq”ə danışan gənc politoloq Kənan Paşayev bildirib ki, Rusiyanın "vladtime” saytının yaydığı məlumatlar əsassızdır. Analitikin fikrincə, son günlər cəbhə bölgəsində nisbi sakitlik hökm sürür:
"Yayılan xəbərlər Vaşinqton görüşünün nəticəsidir. Saytın yaydığı məlumat Rusiya hakim dairələrinin marağının məhsuludur. Rusiya ABŞ-ın Dağlıq Qarabağ konfliktində aktivliyinin artmasından ehtiyatlanır. Görünən odur ki, Vaşinqton görüşünün ardından cəbhədə yaranan nisbi sakitlik də rəsmi Moskvadakı bəzi dairələri təşvişə salıb.
Çünki Qarabağ konflikti öz həllini taparsa, bu, Rusiyanın Cənubi Qafqazdakı hegemonluğunun sonu demək olar. Moskvadakı narahatlığın səbəbi budur”.
Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında toqquşma olarsa, Rusiyanın iki tərəf arasında seçim qarşısında qalacağı dərin məna kəsb edir:
"Rus analitiklər münaqişə tərəflərini özlərinə daha da yaxınlaşdırmaq üçün bu cür taktikalardan istifadə edirlər. Məlumdur ki, hər iki ölkənin gəlirlərinin böyük qismi məhz Rusiya hesabınadır. Moskvanın məqsədi isə bu reallığı tərəflərə bir daha xatırlatmaqdır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm