Cəbhədəki təxribatla bağlı cinayət işi açıldı - PROKURORLUQ
10:43 21.09.2020
Arxiv
510
İşğalçı ölkənin silahlı qüvvələrinin təxribat xarakterli hücumları, atəşkəs rejimini pozması və Azərbaycan Silahlı qüvvələrinin hərbi qulluqçularına qarşı törətdiyi cinayətlər sülh prosesinin üzərindən xətt çəkməklə beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamə və qərarlarına qarşı açıq hörmətsizlik xarakteri daşıyır.
Baş Prokurorluqdan "Sherg.az"a daxil olan məlumata görə, təcavüzkar əməllərini həyata keçirməklə, sülh və insanlıq əleyhinə olan cinayətlər törətməyi davam etdirən Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi növbəti dəfə pozularaq sentyabrın 20-də saat 17 radələrində Tovuz rayonu, Ağdam kəndi ərazisində yerləşən döyüş postuna odlu silahdan atəş açılmış, nəticədə əsgər Qurbanov Qurban Azad oğlu “sağ çiyin nahiyəsinin kor qəlpə yarası” xəsarəti alıb.
Faktla bağlı Şəmkir hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma) və 29, 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd ) maddəsi ilə cinayət işi başlanıb.
Bundan başqa, öz təcavüzkar niyyətini nümayiş etdirməyə davam edərək, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 21-də səhər saat 9 radələrində Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi atəşə tutmuş, düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçusu Məmmədov Elşən Əli oğlu şəhid olub.
Faktla bağlı Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma) və 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) maddələri ilə cinayət işi başlanıb.
Baş Prokurorluq tərəfindən Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məhkəmə məsuliyyətinə verilmələri məqsədi ilə zəruri və institusional tədbirlərin görülməsi təmin ediləcəkdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xameneinin səhhəti kəskin pisləşdi
14:21 07.08.2026
Dünya
Azərbaycan Malayziyaya yeni səfir təyin edib
13:40 07.08.2026
Gündəm
Qonçarenko: Zelenski kameralardan kənarda rus dilində danışır
13:39 07.08.2026
Gündəm
Təl-Əviv Ankaranı kənarda saxlayan yeni regional ox qurur - ŞƏRH
13:31 07.08.2026
Region
Saakaşvili: Məni buna görə bağışlaya bilmirlər
13:25 07.08.2026
Region
Media reyestrinin aparılması qaydaları dəyişdi - FƏRMAN
13:10 07.08.2026
Gündəm
Şagird məktəbdə qətliam törətdi: 9 ölü...
12:46 07.08.2026
Hadisə
Bakıda moped və motosiklet oğurlayanlar həbs olundu
12:35 07.08.2026
Hadisə
Tərtərdə ər-arvadın qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub
12:04 07.08.2026
Hadisə
Tərtərdə ər-arvadın öldüyü yanğının qəsdən törədildiyi məlum olub
11:42 07.08.2026
Hadisə
Bakının mərkəzində obyekt yanır
11:38 07.08.2026
Hadisə
SEPAH generalı: Mehdinin zühuruna hazırlıq görürük
11:33 07.08.2026
Gündəm
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan hərbi ittifaq yaradır
11:01 07.08.2026
Gündəm
Paşinyan Qırğızıstanın inkişaf tempini yüksək qiymətləndirib
10:53 07.08.2026
Dünya