Cəbhədəki vəziyyətlə bağlı MM-in qapalı iclası keçirilə bilər
08:04 30.09.2020
Arxiv
332
“Xalqımız üçün çox fərəhli haldır ki, Ordumuz əks-hücum əməliyyatlarına başlayıb”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
O, Xarici İşlər, Müdafiə nazirliklərinin nümayəndələrinin Milli Məclisə dəvət olunmasını və qapalı iclas keçirilməsini təklif edib: “Milli Məclis proseslərdən kənar qalmasın, fikir mübadiləsi aparılsın. Narahat olduğum digər məsələ Ermənistan tərəfindən Türkiyənin də hərbi əməliyyatlara cəlb edilməsi ilə bağlı yaydığı xəbərlərdir. Bu xəbərlər rəsmilər tərəfindən təkzib olunur. Amma bu məsələ təkrar-təkrar vurğulanmalıdır ki, biz bunu edə bilərik, ancaq hələ buna ehtiyac görmürük. Bizim kollektiv müdafiə olunmaq hüququmuz var. Buna görə də Ermənistan KTMT-nin üzvüdür. Bizim torpaqlarımız zamanında Rusiyanın hərbi birləşmələrinin dəstəyi ilə işğal olunub. Digər tərəfdən Merkelin, Makronun Prezident İlham Əliyevə insan ölümündən narahat olmaqla bağlı müraciətləri var. BMT TŞ təcili toplanır. Bu gün bunu edənlər niyə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına mane olmurdular?! Azərbaycan tərəfi bunların heç birinə, BMT-nin yeni qətnaməsinə məhəl qoymamalıdır. Necə ki, Ermənistan neçə illərdir bunu edir. Biz müharibə dövründə də, atəşkəs dövründə çox sayda insan itirmişik. Azərbaycan xalqının haqqı var ki, səfərbərliyə getsin, itkilərdən, dağıntılardan qorxmadan öz torpaqlarını azad etsin”.
Milli Məclisin sədri Sahibə Qafarova hərbi vəziyyətlə əlaqədar iclasın qapalı keçirilməsinin nə qədər düzgün olacağını düşünmədiyini bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol
Romada İsrail-Livan danışıqları başa çatıb
19:33 06.08.2026
Gündəm
Kadırov Çeçenistan rəhbəri vəzifəsinə namizəd kimi qeydə alınıb
19:25 06.08.2026
Dünya
Salah Türkiyədə nə qədər qazanacaq? - Rəsmi
19:09 06.08.2026
Futbol
Azərbaycan XİN Yamaykanı təbrik etdi
18:53 06.08.2026
Siyasət
Rusiya bu ölkələrə Ukrayna dronları ilə hücum edə bilər
18:39 06.08.2026
Dünya
Sosial şəbəkələr neytral deyil - Siyasi şərhçi
18:39 06.08.2026
Texnologiya
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
18:26 06.08.2026
İnfrastruktur
AZAL-da dəyişikliklər müsbət siqnaldır - Natiq Cəfərli
18:19 06.08.2026
Aktual