Cəlilabadda bacı-qardaş döyülüb




Cəlilabad rayonunda bacı-qardaş döyülüb.

"Report"un Muğan bürosunun məlumatına görə, rayon sakinləri - 1986-cı il təvəllüdlü Şükürova Günel Adil qızı və 1999-cu il təvəllüdlü Şükürov İsmayıl Adil oğlu döyülüblər.

Yaralılara xəstəxanada müvafiq tibbi yardım göstərilib. Məlumata görə, onları tanıdığı şəxslər döyüb.

Faktla bağlı araşdırma aparılır.