Ermənistan Baş nazirinin administrasiyası Aİ ilə viza rejiminin liberallaşdırılması üçün müddətin niyə 2029-cu ilədək dəyişdirildiyini açıqlayıb.
Sherg.az xəbər verir ki, Nikol Paşinyan 2026-cı ilin mayında prosesin ən geci iki il ərzində başa çatacağını bildirmişdi. Lakin avqustda parlamentdə çıxışı zamanı hökumətin viza liberallaşdırılmasına 2029-cu il ərzində nail olmağı hədəflədiyini açıqlayıb.
Hökumətdən bildirilib ki, 2029-cu il prosesin tam başa çatdırılması üçün real son tarix hesab olunur. Bununla belə, işlərin daha qısa müddətdə yekunlaşdırılması üçün səylər davam etdirilir.
Ermənistan hökuməti hazırda Aİ-nin viza liberallaşdırılması üzrə fəal dialoq apardığı yeganə ölkə olduğunu da qeyd edib.
Qeyd edək ki, Ermənistan-Aİ viza liberallaşdırılması üzrə danışıqlar 2024-cü ilin dekabrında başlayıb.