Ardıcıl 3 zəlzələ: Naci Görürdən kritik xəbərdarlıq - “Yaxınlaşır”

Türkiyədə Adana və Osmaniyedə ardıcıl üç zəlzələ qeydə alınıb. Yer alimi professor Naci Görür zəlzələlərin Şərqi Anadolu Fay Zonu üzərində baş verdiyini bildirib.

Sherg.az xəbər verir ki, AFAD-ın məlumatına görə, Adananın Saimbəyli rayonunda 4,8 və 4,9 maqnitudalı iki zəlzələ baş verib. Ardınca Osmaniyənin Sumbas rayonunda 5,2 maqnitudalı zəlzələ qeydə alınıb.

Zəlzələlər ətraf rayonlarda da hiss olunub.

Yer alimi professor Naci Görür sosial media hesabında baş verən zəlzələləri şərh edib. O bildirib ki, 4,8-5,1 maqnitudalı zəlzələlər Şərqi Anadolu Fay Zonu üzərində baş verib.

“Zəlzələlər Körfəzə və Adanaya yaxınlaşır! 6 fevral zəlzələlərinin təsiri özünü göstərir. Keçmiş olsun”, - Görür qeyd edib.