Çexiyada silahlı qarətçi 8 nəfəri girov götürüb




Çexiyanın cənub-qərbindəki Prşibram şəhərində banka girən silahlı soyğunçu 9 nəfər müştərini girov götürüb. Milli.Az Trend-ə istinadən bildirir ki, onlardan birini daha sonra sərbəst buraxıb.

"Bizdə olan məlumata görə, girovlardan heç birinə zərər yetirilməyib", - deyən sözçü hadisə yerinin polis tərəfindən mühasirəyə alındığını deyib. Bundan əlavə qarətçinin hüquq-mühafizə orqanlarına müəyyən məlumatı ötürmək istədiyini çatdırıb.