Çin sansksiyalara rəsmi cavab verdi: “ABŞ milli təhlükəsizliyini bəhanə edir”

ABŞ hökuməti milli təhlükəsizliyini bəhanə edərək xarici şirkətlərə təzyiq göstərir.
TASS agentliyi xəbər verir ki,  bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyinin yaydığı bəyanatda qeyd olunur.
“Bu, ədalətli rəqabət və beynəlxalq ticarət prinsiplərinin kobud şəkildə pozulmasıdır. Çin tərəfi ABŞ-ın hərəkətlərinə kəskin etiraz edir və Çin müəssisələrinin qanuni maraqlarını qorumaq üçün bütün lazımi addımları atacaq”, -  deyə Çin tərəfinin yaydığı rəsmi açıqlamada bildirilir.