Çin səfiri BDU-da olub
10:57 07.02.2017
Arxiv
490
Bakı Dövlət Universitetində (BDU) Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Vey Cinxuanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
BDU-dan APA-ya verilən məlumata görə, qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edən rektor, akademik Abel Məhərrəmov BDU-nun dünyanın bir çox elm-təhsil ocaqları, o cümlədən Çinin ən tanınmış universitetləri ilə səmərəli əməkdaşlıq əlaqələri qurduğunu bildirib. 2004-cü ildə Şərqşünaslıq fakültəsində açılan Çinşünaslıq ixtisası üzrə 8 buraxılışın olduğunu deyən rektor, həmin ixtisası bitirən 60 məzunun əksəriyyətinin Çin Təhsil Nazirliyinin Hanban Baş İdarəsinin qrant xətti ilə müxtəlif universitetlərdə təcrübə keçdiyini, bir neçə məzunun isə Çinin aparıcı təhsil ocaqlarının doktorantura pilləsində təhsillərini davam etdirdiyini bildirib. Rektor 2011-ci ildən BDU-nun nəzdində yaradılan Azərbaycan-Çin Təhsil və Araşdırma Mərkəzinin uğurlu fəaliyyət göstərdiyini də diqqətə çatdırıb, səfirliyinin dəstəyi ilə müxtəlif səpkili tədbirlərin, o cümlədən ənənəvi olaraq "Çin dili körpüsü” adlı müsabiqənin keçirilməsini də yüksək dəyərləndirib.
Səfir Vey Cinxua, öz növbəsində, universitetlə əyani tanışlığın onda yüksək təəssürat yaratdığını söyləyib və elm-təhsil sahəsində görülən işlərin əhəmiyyətindən danışıb. Universitetlərarası müəllim-tələbə mübadiləsini, mədəni tədbirlərin reallaşdırılmasını təqdirəlayiq hal hesab etdiyini deyən səfir Vey Cinxua gələcək əməkdaşlığa dəstək olacaqlarını bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə silahlı atışma: ölənlər var
00:20 03.10.2026
Gündəm
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol