Cinayətkar cəzasına çatdı!

Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə cinayətkar İlham Qasımovun apellyasiya şikayəti üzrə sonuncu məhkəmə iclası keçirlib. AZpress.AZ xəbər verir ki, prokuror özündən əvvəlki ittihamçının 13 il azadlıqdan məhrumetmə tələbindən daha da irəli gedərək, 15 il cəzanın qüvvədə saxlanmasını istəyib.
Müşavirədən sonra yekun qərarını elan edən məhkəmə dələdüzün cəzasının üstündən cəmi 3 il götürməklə ona 12 il azadlıqdan məhrum etmə cəzası verib.
Dələduz İlham Qasımovun bu acınacaqlı günə düşməsi münasibətilə şair Gülağa Tənha şeir yazib...Bu şeiri oxucularımıza təqdim edirik...
Ədalət qılıncı !
Sadəlöhv insanları aldadaraq evsiz-eşiksiz qoyan, küllü miqdarda pul mənimsəyən, ədalət
məhkəməsinə çəkilən İlham Qasımova həsr edirəm !!!
Geniş imkanların… Bu gen dünyada
Həya bilmədin sən, ar bilmədin sən
Haramlıqla gələn haram pullara
"Yetər" demədin sən , "Bəs" demədin sən !
Nələr törətmədin … Nələr , eh , nələr
Peşiman oldunmu, daha nə fayda
Araya keçilməz bir çay düşübdü,
Azadlıq o tayda, sənsə bu tayda…
Sən özün özünü tuş eləyibsən
Dumana, ilyuşa, çənə, ilyuşa !
Oğulun Lətifin etirafları,
Ən ağır hökümdü sənə, ilyuşa !!!
Kimləri aldatdın? - Elxan , Kəmalə,
Ceyhun, daha kimlər, demirəm hələ.
Asiman qızını ortağ elədin
Belə cinayətə sən bilə bilə !
Nələr eləyirdin illər uzunu ...
Havadar tapmışdın, düşmürdün dilə,
Sənə inananın var - dövlətini
Silirdin şirkətin möhürü ilə!
Dünyanı haramlıq yuvası bildin,
İçində şeytanlar yaşatmaq ilə
Dolaşığa saldın öz talehini,
GülağaTənhaya daş atmağ ilə !!!
Elə bilirdin ki, qanun qıc olub ?
Qanunun qılıncı düşüb kəsərdən?
İsti əl görürdün çiyinlərində ,
Qılınc qurşamışdın böhtandan, şərdən.
Varlığın saralmış yarpağa dönüb,
Canına od salır hər gələn səsdə.
Dövlət var! Dövlətin qanunları var !
Ədalət qılıncı başının üstə !!!...
Qolların ədalət kəndirindədi,
Daha kimsə qalmaz bir əl, bir ətək…
Son söz Hakimindi, var olsun qanun,
Sonluğun mübarək, sonun mübarək !...
09 mart 2017-ci il. Gülağa Tənha