Çində zəlzələ qurbanlarının sayı 20-ə çatdı - Vəziyyət ağırdır




Xəbər verdiyimiz kimi, avqustun 8-də Çinin Sişuan əyalətində maqnitudası 6, 5 bal gücündə olan zəlzələ baş verib. 

"Sherg.az" "Lefigaro.fr"ə istinadən xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 20-ə çatıb. Onlardan 6 -ı çinli turist, qalanları isə əyalət sakinləri olub. 

 Məlumata görə, hazırda dağlıq ərazidə zəlzələ qurbanlarının nəşinin axtarışı davam etdirilir. Xəbərəd deyilir ki, onlarla insanın nəşi qeyri-müəyyən ərazidə qalıb.

Bundan başqa xəsarət alanların sayı da açıqlanıb. Belə ki, olay nəticəsində 431 nəfər ağır xəsarət alıb. Onlardan 18-i fransız, 1- i isə kanadalıdır. 50 minə yaxın turist hadisə yerindən evakuasiya olunub. 

Ayyət ƏHMƏD