"Cümhuriyyətçi jurnalistlər" aksiyası başladı
10:40 05.02.2018
Arxiv
665
"Şərq" qəzetinin kollektivi ölkə başçısı İlham Əliyevin 2018-ci ili "Cümhuriyyət ili" elan etməsini əsas tutaraq "Cümhuriyyətçi jurnalistlər" layihəsinə start verib.
Bununla bağlı "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Modern.az-a danışıb:
"Kollektiv olaraq "Cümhuriyyət ili” çərçivəsində yeni layihə ilə çıxış etmək qərarına gəldik. "Cümhuriyyətçi jurnalistlər” adlı layihəmizə artıq başlamışıq və ilk növbədə biz Fəxri xiyabanda Cümhuriyyət dönəmində fəaliyyət göstərən jurnalistlərin məzarını ziyarət etdik. Fəxri xiyabana ziyarət çərçivəsində ilk olaraq, Azərbaycan mətbuatının banisi Həsən Bəy Zərdabinin məzarına baş çəkmişik. Çünki Azərbaycan Xalq Cümhuriyyətinə gedən yol Həsən bəy Zərdabidən başlayır və onun irsinin Azərbaycan mətbuat tarixi üçün önəmi hər kəsə bəllidir.
Həmçinin, biz Cümhuriyyət dövründə fəalliyyət göstərən və Cümhuriyyət quruculuğunda iştirak edən Üzeyir bəy Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Zülfüqar bəy Hacıbəyli, Cəfər Cabbarlı, Əzim Əzimzadənin, Əli Nəzmi, Abdulla Şaiq və digər şəxsiyyətlərin məzarları ziyarət etmişik”.
A.Aşırlı layihənin gələcək istiqamətlərindən də söz açıb:
"Layihə çərçivəsində sonda biz Azərbaycan milli istiqlalının öncüllərindən olan, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ideyasının müəllifi, böyük ideoloq Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndindəki doğulub boya- başa çatdığı evə baş çəkdik. Həmin ev artıq uşaq bağçası kimi fəaliyyət göstərir. Rəsulzadənin Novxanıdakı evi əsl muzey ediləcək yerdir. Düzdür, orada müəyyən lövhələr olsa da, yanlışlıqlar da mövcuddur. Görünür, lövhələr 1992-1993-cü illərdə vurulub, bu səbəbdən müəyyən səhvlər müşahidə etdik. Lakin uşaq bağçası öz qədimiliyini də qoruyub saxlayıb, hətta qapıları dəyişilməyib. Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsinin önündə layihəmizin birinci mərhələsini yekunlaşdırdıq.
Yəni layihə davam edəcək. Cümhuriyyətçi jurnalistlərin varislərini bir araya gətirmək istəyirik. Həmçinin, onlar da müəyyən təkliflər irəli sürüblər.
Növbəti dəfə biz Əliağa Şıxlinskinin məzarını ziyarət etməyi düşünürük. Çalışacağıq ki, mayın 28-nə qədər işlərimizi yekunlaşdıraq və tədbirlərimizi əhatə edən kitab dərc edək. Bu da "Şərq” qəzetinin Cümhuriyyət ilinə verdiyini töhfə olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya