Daha bir karateçimiz qızıl medal qazandı




Azərbaycan karateçiləri İslamiadada beşinci qızıl medal qazanıb.

APA-nın məlumatına görə, karatenin kumite yarışlarında Ayxan Mamayev (84 kq) finalda Türkiyə idmançısı Alparslan Yamanoğlunu 1:0 hesabı ilə məğlub edərək qızıl medalı qazanıb.

O, yarımfinalda özbəkistanlı Əbdüləziz Ataboyevdən üstün olub.