Daha bir ölkədə karantin yumşaldılır
09:08 27.04.2020
Arxiv
1308
İtaliyanın Baş naziri Cüzeppe Konte ölkədə karantin qaydalarının mayın 4-dən etibarən tədricən yüngülləşdiriləcəyini açıqlayıb.
“HaberGlobal” məlumat verir ki, o, Nazirlər Kabinetinin təşkil etdiyi mətbuat konfransında bu barədə danışıb:
“İkinci mərhələ başlayır. İndi virusla bir yerdə yaşayacağımız dövrə giririk. Bütün italiyalıların güclü, cəsarətli və məsuliyyətli olmasını gözləyirəm. Bu mərhələdə hər birimizin məsuliyyətli davranışı vacibdir.
Əsla bir-birimizə yaxınlaşmamalıyıq. Aramızdakı təhlükəsizlik məsafəsi ən azı bir metr olmalıdır. Kimin 37,5 dərəcə qızdırması varsa, evdə qalmalı və evə həkim çağırmalıdır”.
Nazir bu tələblər nəzərə alınmasa, yoluxma hallarının və ölümlərin yenidən artacağını bildirib:
“Bunlara əməl etməsək, ölümlər yenidən artacaq və iqtisadiyyatımız üçün geri dönüşü olmayan zərərlər yaranacaq. İtaliyanı sevirsinizsə, məsafənizi qoruyun”.
İkinci mərhələdə maska qiymətlərinin endiriləcəyi və satışından ƏDV tutulmayacağı da qeyd edilir.
Bu mərhələdə ailə ziyarətlərinə, ictimai parklara məhdud giriş icazəsi veriləcək və cənazə mərasimləri 15 nəfərdən çox olmamaq və sosial məsafəni qorumaq şərtilə keçirilə bilər.
Hələlik evdən icazə ilə çıxmaq qaydası saxlanılır.
Tikinti, istehsal və topdansatış müəssisələri mayın 4-dən, muzey, sərgi və kitabxanalar mayın 18-dən, restoran, bar, kafe və bərbərlər iyunun 1-dən, məktəblər isə sentyabrdan açılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Evdə nağd pulu heç vaxt buralara qoymayın: Ən riskli 8 yer
07:51 11.08.2026
Cəmiyyət
Ronald Arauxo "Liverpul"a keçdi
07:17 11.08.2026
Futbol
Cici Hadid qızı və bacısı ilə tətildə
06:06 11.08.2026
Şou
Mütəxəssislər açıqladı: İdeal yuxu müddəti 7 saat 48 dəqiqədir
05:25 11.08.2026
Sağlamlıq
ABŞ-də son 132 ilin istilik rekordu qırılıb
04:50 11.08.2026
Ekologiya
Rusiya Kiyevə ballistik raketlərlə hücum edib
04:14 11.08.2026
Aktual
Venesuelada zəlzələ qurbanlarının sayı 6 300 nəfərə çatıb
02:22 11.08.2026
Dünya
Ərəbistan vəhhabilikdən imtina edir
01:50 11.08.2026
Cəmiyyət
Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub
00:22 11.08.2026
Hadisə
İngiltərənin 71,3 faizində rəsmi olaraq quraqlıq elan edilib
23:57 10.08.2026
Dünya
"Bazel" - "Barselona" oyunu üçün bilet satışı dayandırıldı
23:35 10.08.2026
Futbol
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm