“Artıq dəyişdirilmiş, yenilənmiş və oturuşmuş bir ərazidə təkrar yenidənqurma işləri aparmaq, məncə, o qədər də sərfəli təklif deyil”
Daha iki “Torqovı” yaradılır?
07:59 22.11.2017
Arxiv
747
“Bunu əvvəldən etsəydilər, yaxşı olardı”
“Artıq dəyişdirilmiş, yenilənmiş və oturuşmuş bir ərazidə təkrar yenidənqurma işləri aparmaq, məncə, o qədər də sərfəli təklif deyil”
“Artıq dəyişdirilmiş, yenilənmiş və oturuşmuş bir ərazidə təkrar yenidənqurma işləri aparmaq, məncə, o qədər də sərfəli təklif deyil”
Paytaxtda daha iki "Torqovı” ola bilər. Məlumdur ki, Bakının mərkəzi hissələrindən biri - "Torqovı” adı ilə də tanınan Nizami küçəsi avtomobillərin hərəkətinə qapalıdır və bu ərazidə həm şəhər sakinləri, həm də qonaqlar rahatca gəzib-dolaşır, alış-veriş edir, əylənirlər. Milli turizm Təbliğat Bürosunun mətbuat katibi Kənan Quluzadə isə bildirib ki, "Torqovı” stilində daha iki küçənin yaradılması təklif edilir. Bu küçələr Mərkəzi Univermaqdan "5 mərtəbə” adlanan əraziyə kimi olan hissədə yaradıla bilər.
Əlbəttə, təklif ilk baxışda cəlbedici görünür. Şəhər sakinləri də "torqovı”ya bənzər daha bir neçə küçənin olmasını istəyər. Amma necə? Hansı üsulla? Məlumdur ki, "5 mərtəbə” adlanan ərazidə artıq "Qış bulvarı” yaradılıb. Akademik Milli Dram Teatrının qarşısı da son zamanlar genişləndirilib, yenilənib. Ərazidə tamamilə yeni infrastruktur yaradılıb, yollar çəkilib, buna görə "o boyda” "Sovetski” sökülüb. İndi deyirsiz, bunların hamısı yenidən dəyişikliyə uğrayacaq? Axı bunun üçün külli miqdarda vəsait lazım gələcək. Həqiqətən də turizmin inkişafı üçün bu mütləq lazımdırmı?
Turizm məsələləri üzrə mütəxəssis, iqtisadçı Elxan Vəliyev "Şərq”ə açıqlamasında turizmi inkişaf etdirməyin başqa yolları olduğunu dedi:
- Bunu əvvəldən etsəydilər, yaxşı olardı. Artıq dəyişdirilmiş, yenilənmiş və oturuşmuş bir ərazidə təkrar yenidənqurma işləri aparmaq, məncə, o qədər də sərfəli təklif deyil. "20 Yanvar” istiqamətinə əsas marşrut məhz "5 mərtəbə”dən keçir. O küçələri avtomobillərin hərəkətinə bağlasalar, bəs "20 Yanvar”a haradan gediləcək? İstiqlaliyyət küçəsi də paytaxtın ən əsas və mərkəzi küçələrindən biridir və Mərkəzi Univermağa və "5 mərtəbə” istiqamətinə çıxır.
Hesab edirəm ki, göstərilən ərazidə gəzinti üçün kifayət qədər yer var. "Qış bulvarı”, Nizami parkı, Sabir bağı, bir qədər də aşağıda Fəvvarələr Meydanı başlayır ki, o da məhz Nizami küçəsinə bağlanır. Əslində, "5 mərtəbə” və Mərkəzi Univermağın yerləşdiyi ərazi onsuz da əsl gəzinti yeridir. Mərkəzi Univermaqdan azca aşağıda avtomobillərin hərəkətinə qapalı Fəvvarələr meydanıdır. Gəzinti üçün bundan da böyük, nəhəng ərazi yaratmaq nəyə lazımdır?
Turizmi inkişaf etdirməyin başqa, daha münasib və sərfəli yolları var. Azərbaycan dövləti bu istiqamətdə lazım olan bütün tədbirləri görür. Beynəlxalq tədbirlərin, mötəbər idman yarışlarının Bakıda keçirilməsi bura turizm axınını onsuz da gücləndirir. Ancaq təkcə dövlət çalışmamalıdır. Turizm şirkətləri də üzərlərinə düşən vəzifəni yerinə yetirməlidirlər. Bir də, düşünürəm ki, turizmin inkişafı və turistlərin axınını gücləndirmək üçün biz, sahil zolağını, Türkiyədə olduğu kimi, hərtərəfli xidmət və istirahət zonasına çevirməliyik. Ölkəyə daha çox investisiya cəlb etmək turizmin inkişafı üçün daha uyğun variantdır. Əldə olan imkanlarımızı düzgün dəyərləndirsək, əlavə küçələrin salınmasına heç ehtiyac da qalmaz.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya