Türkiyə prezidenti Ərdoğan AB-yə səsləndi
AB-yə səslənən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, "650 ildən çox müddətdir Avropada varıq və var olmağa davam edəcəyik. Bizi oradan qovmağa Avropa dövlətlərinin gücü çatmaz. Artıq tək tərəfli addım atmaq dövrü bitdi. Artıq nə qədər çörək, o qədər küftə olacaq" deyə vurğulayıb.
"sherg.az" "Milliyyət"ə istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan, Beştepedə muxtarlar yığıncağında danışır. "Sizlərin coşğusu bizə daha çox işləməyə mənəvi güc verir". Ərdoğanın nitqi belə davam edir:
-Türkiyəni Qərbli bir ölkə olaraq tərifləsəniz əskik ifadə etmiş olarsınız. Türkiyəni Şərqli bir ölkə olaraq tərifləsəniz əskik ifadə etmiş olarsınız. Həqiqətən də bütün təriflər doğru, amma əskik olan bir coğrafiyada yaşayırıq. AB öz dəyərləriylə ziddiyyət təşkil etmə bahasına ölkəmizi istədiyi qədər itələməyə çalışsın, Türkiyə bir Avropa ölkəsidir. Əcdadımız 1350-ci illərdə Avropa qitəsinə keçdiyindən bəri kəsilməz bir şəkildə Avropada dövlətimizlə, mədəniyyətimizlə varıq, var olmağa davam edəcəyik. Avropa daxilində 5 milyon vətəndaşımız yaşayır. Almaniyada, Fransada, Belçikada, Şimal Avropada yüz minlərlə vətəndaşımız gələcəklərini orada qurmuş vəziyyətdədirlər. Bizi Avropadan qovmağa nə AB-nin, nə də irqçiliyin pəncəsinə düşənlərin gücü çatmaz. Biz Avropada ev sahibiyik. Yüz minlərlə vətəndaşımız gələcəklərini orada qurdular. Bizi oradan qovmağa Avropa dövlətlərinin gücü çatmaz. Hədəfimiz kökü keçmişdə olan gələcəyi qurmaqdır.
Bəzi Avropa ölkələriylə yaşadığımız çətinliklər aktual siyasi qarşıdurmalardır. Biz rəhmətlik Cəmil Meriçin muradını paylaşırıq. Hədəfimiz kökü keçmişdə olan gələcəyi qurmaqdır. Bunun üçün digər bütün uğurlarımızla Qərbdən ən üst səviyyədə istifadə etmə yollarını axtaracağıq. Ölkəmizə qarşı mənasız hüsuməti bir tərəfə buraxsalar, AB-yə tam üzv olmağa hazırıq. Viza sərbəstliyi, mühacir yardımı, sərhədlərin açılması mövzusunda addımlar atılsa, biz də yaxşı niyyətimizi göstərəcəyik. AB ölkəmizə söz verdiyi, amma qəsd olaraq tutmadığı addımları atdığında biz də yaxşı niyyətimizi göstərəcəyik. Artıq tək tərəfli addım atmaq dövrü bitdi. Artıq nə qədər çörək, o qədər küftə. Bizə nə versəniz, bizdən o qədərini götürərsiniz. AB-nin arxasından qaçmağa niyyətimiz yoxdur. 53 il əyləndik. Avropa öz üzərinə düşənləri etsə, biz verdiyimiz hər sözün arxasındayıq. Əks halda özləri bilərlər.
Türkiyənin Qərb olan bağı güclü, Şərq ilə olan bağı zəifmi? Tam tərsinə. Biz Rusiya, İran, Çin, Yaponiya ilə siyasi və iqtisadi əlaqələrimiz ən üst səviyyədə qurmaq istəyirik. Bu əlaqələrimizi bir-birinə alternativ görmürük. Tam tərsinə, bir-birini bütünləşdirən əlaqələr olaraq görürük.
Qaradəniz və Aralıq dənizinin dörd bir tərəfindəki ölkələr qapı bir deyilsə də, dənizimiz bir qonşumuzdur. Geniş coğrafiyada yaşayıb, öz qədərini Türkiyədən ayrı düşünən çox az insana rast gələrsiniz. Bölgədə yaşanan qarşıdurmalar, savaşlar, zülmlər əsla xalqların seçimi deyil. Suriyada, İraqda, Liviyada qanı tökülən hər insanın ağrısını öz ürəyimizdə hiss edirik. Bir tərəfdən İŞİD-in, digər tərəfdən məzhəbçilərin zülmü altında inləyən hər insan bizim qardaşımızdır. Keçmişdə Əfqanıstandakı, Balkanlardakı, Kiprdəki zülmlərə necə qarşı çıxdıqsa, bu gün də bu ölkələrdəki təzyiqlərlə əsla razılaşmayacağıq. Bu duruş bizə tarixin mirasıdır.
Yusif TURAN